16 
Okt
2019
15:35
110
51
7270
Virtual karabakh

Ancelina Coli 25 milyon dollarlıq villasını ilk dəfə göstərdi - FOTO/VİDEO

16 Okt, 2019
15:35
7270

Ancelina Coli 25 milyon dollarlıq villasını ilk dəfə göstərdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli Hollivud aktrisası Ancelina Coli keçmiş həyat yoldaşı aktyor Bred Pitdən boşandıqdan sonra köçdüyü Los Ancelesdəki evinin görüntülərini paylaşıb.

Oxu.Az xəbər verir ki, aktrisanın yayımladığı 30 saniyəlik ağlı-qaralı videoda onlarla köməkçi Ancelina Coliyə makiyaj, saç düzümü və paltar hazırlamağa kömək edir. Videoda stilistin Coliyə qara parlaq paltar tikdiyi də əsk olunub. 

25 milyon dollar dəyərində 7500 kvadrat metrlik malikanədə Coli altı uşağı ilə birlikdə 2017-ci ilin mayında məskunlaşıb. Villa Los-Ancelesin möhtəşəm mənzərəsi olan təpəsində yerləşir. 1913-cü ilin əvvəllərində inşa edilən villada altı yataq otağı, 10 hamam otağı, qaraj, çay evi, üç mərtəbəli idman salonu, hovuz, yeməkxana, kitabxana və qonaq otağı var. Ərazinin bağçası və hovuzu var. Malikanəyə daxil olmaq üçün iri pilləkənlərlə qalxmaq lazımdır.

Qeyd edək ki, Coli Pitlə boşanmaq üçün 2016-cı ilin sentyabrında məhkəməyə rəsmi şəkildə müraciət edib. Cazibədar aktrisanın bu cür addım atmasına səbəb həyat yoldaşının uşaqlara qarşı düzgün olmayan tərbiyə üsullarından istifadə etməsi olub. Hətta gəzən dedi-qodulara görə, içkili vəziyyətdə olan Bred böyük oğlu Meddoksa şəxsi təyyarələrində olarkən əl qaldırıb. Daha sonra bu xəbər öz təsdiqini tapmamışdı.

Cütlüyün qalmaqallı boşanma prosesi bu ilin aprel ayında sona çatıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri