19 
Okt
2019
00:20
115
504
25627
Virtual karabakh

“Maşın”da qalib bəlli oldu - YENİLƏNİB+FOTO/VİDEO

19 Okt, 2019
00:20
25627

“Maşın”da qalib bəlli oldu - YENİLƏNİB+FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Maşın” şounun “Maskarad” adlı sürətinin qalibi bəlli olub.  

Oxu.Az xəbər verir ki, ölkənin ən bahalı televiziya layihəsinin qalibi aparıcı Suna Kasımoğlu olub.  

18 gün gərgin mübarizə göstərən aparıcı Lalə Mustafayeva isə sağlamlığında yaranan problem ucbatından əlini avtomobildən çəkməli olub. 

 

18 oktyabr, 22:13

“Maşın” realiti-şousunun “Maskarad” adlı sürətində final gecəsi başlayıb.  

Oxu.Az xəbər verir ki, oktyabrın birindən ATV-də hər axşam saat 22:00-da canlı yayımlanan möhtəşəm şouda 18 məşhur dəyəri 50 min manat olan “Opel İNSİGNİA” avtomobili uğrunda mübarizə aparıblar. 

Meyxanaçı Aqşin Fateh, Ayan Babakişiyeva, Kərim Abbasov, aparıcı Kəmalə Piriyeva, Xalq artisti Bilal Əliyev, aşıq Namiq Fərhadoğlu, Türkan Vəlizadə, aparıcı Suna Kasımoğlu, Nazim Pişiyari, repçi Qurd, Niyam Salami, Ramal İsrafilov, Aysun İsmayılova, Əməkdar artist Fatma Mahmudova, aparıcı Zümrüd Qasımova, Fuad Musayev, aparıcı Lalə Mustafayeva və aktyor Məcid Hüseynov avtomobili qazanmaq üçün gərgin mübarizə aparıblar.  

Həyacanlı anları geridə qoyub finala vəsiqə qazananlar isə aparıcılar Lalə Mustafayeva ilə Suna Kasımoğlu və müğənni Ramal İsrafilov oldu.  

Finalda şounu ilk tərk edən Ramal İsrafilov olub. Sənətçi avtomobildən əlini götürərək uduşu iki xanıma ötürüb.  

Beləliklə, “Maşın” şounun tarixində ilk dəfə iki xanım öz aralarında gərgin mübarizəni davam etdiriblər. 

Qalibin kimliyini isə “Maşın”ın finalının sonunda Murad Dadaşov açıqlayacaq.  

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri