19 
Okt
2019
07:57
55
86
4227
Virtual karabakh

Loboda Ad gününü sevgilisi və dostları ilə keçirdi - FOTO

19 Okt, 2019
07:57
4227

Loboda Ad gününü sevgilisi və dostları ilə keçirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı müğənni Svetlana Loboda Ad gününü sevgilisi Till Lindemannla və yaxın dostları ilə qeyd edib.

Müğənnini təbrik etmək üçün dostları ona sürpriz ediblər: prodüser Natella Krapivina, modelyer Anzor Tetradze, musiqiçi Peter Teqtqren və digərləri Lobodanın Sankt-Peterburqdakı hotel nömrəsinə xəlvətcə daxil olub onu tort, şampan və part-partlarla təbrik ediblər.

Bundan sonra hamı birlikdə restorana gedib şənliyi davam etdiriblər. Şənlikdən şəkilləri Loboda “Instagram” səhifəsində paylaşıb.

Lindemanla yan-yana oturub qoluna girdiyi şəkli Loboda belə şərh edib:

“Mənim günüm” – #mənim gecəm.

Xatırladaq ki, Loboda və “Ramştayn” qrupunun solisti Till Lindemann 2017-ci ildə Bakıda “Jara” festivalında tanış olublar. 2018-ci ildə Loboda sevgilisindən dünyaya qız uşağı gətirib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri