19 
Okt
2019
18:10
49
164
4338
Virtual karabakh

Rozadan küsülü olduğu Elza ilə Abbasa sərt mesaj: Publikaya oynayıb, aktyorluq edirlər

19 Okt, 2019
18:10
4338

Rozadan küsülü olduğu Elza ilə Abbasa sərt mesaj: Publikaya oynayıb, aktyorluq edirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Siz xasiyyətimə bələdsiz. Elza Seyidcahan məndən üzr istəməyincə onunla barışmayacağam”.

Bu sözləri məşhur müğənni Roza Zərgərli tədbirlərin birində Oxu.Az-a açıqlamasında bildirib.

Elzanın Rozaya ünvanladığı “Heç kimə arzulamıram ki, İlhamə Quliyevanın “taxt”ında otursun. O, yaxşı “taxt” deyil. O “taxta” getsən, məhv olarsan, otur öz yerində” ismarıcından sonra tərəflər arasında qalmaqal yaşanıb.

“Hazırda münasibətləriniz necədir?” sualına Zərgərlinin cavabı sərt olub:

“Barışmadım. Siz mənim xasiyyətimə bələdsiniz. Elza Seyidcahan məndən üzr istəməyincə onunla barışmayacağam. Heç olmasa deməlidir ki, “sözdür də çıxdı ağzımdan, unut getsin”. Bu yaxınlarda da Elza ilə üz-üzə gəlsəm də, nə görüşdüm, nədə ki, salamlaşdım. Sıfır reaksiya”.

Sənətçi redaksiyamızın əməkdaşı ilə söhbətində Əməkdar artist Abbas Bağırovla aralarında yaşanan qalmaqaldan da danışıb.

Roza Abbasın aktyorluq edərək, publikaya oynadığını deyib:

“Abbas mənim üçün heç bir önəm daşımır. Bizim aramızdakı söz-söhbət “Maşın”ın “Xanımlar və cənablar-2” sürətindən sonra yarandı. Abbas bu söhbətdə haqsız olduğunu çox gözəl bilir. Mən boş yerə heç kəsdən küsmürəm. Publikaya oynamaq lazım deyil. Aktyorluq belə etməyə gərək yoxdur. Tamaşaçı hər şeyi çox gözəl görür, eləcə də anlayır”.

Qeyd edək ki, Roza ilə həmkarı Əməkdar artist Abbas Bağırovla münasibətlərinin korlanmasına səbəb Zərgərlinin “Maşın” şouda videobloger Hüseyn Əzizoğlunun əli ilə Abbası oyundan çıxartması olub. Bundan sonra tərəflər bir-birini danışdırmırlar. Küsülülükləri də indiyə kimi davam edir. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri