21 
Okt
2019
09:33
40
117
5509
Virtual karabakh

Türkiyəli iş adamı ABŞ-da itkin düşdü, konsulluq ayağa qalxdı - FOTO

21 Okt, 2019
09:33
5509

Türkiyəli iş adamı ABŞ-da itkin düşdü, konsulluq ayağa qalxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Los-Anceles şəhərində yaşayan 34 yaşlı Tuğçe Taşın oktyabrın 14-dən bəri naməlum şəraitdə itkin düşüb.

Hürriyyət” xəbər verir ki, sonuncu dəfə Venes çimərliyində görünən Tuğçenin ailəsi və dostları onu tapmaq üçün Los-Anceles polisindən və Türkiyə Konsulluğundan kömək istəyiblər.

Qızın tapılması istiqamətində araşdırmalara başlayan polis onun şəkillərini müxtəlif ərazilərdə yerləşən reklam posterlərin üzərinə yapışdırıblar.

Los-Ancelesdəki “Panacea” adlı moda şirkətinin sahibi olan Taş əvvəllər İstanbuldakı məşhur mağazaların satınalma şöbəsində çalışıb.

Nişantaşıda yerləşən “İşık Liseyi”ni bitirən gənc qadın avqust ayında Nevadada hər il keçirilən “Yanan Adam” festivalına qatılıb və oradan çəkilmiş fotolarını şəxsi “Instaqram” hesabında paylaşıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri