21 
Okt
2019
13:17
89
424
11208
Virtual karabakh

Azərbaycanlı aktrisa müğənniliyə başladı - VİDEO

21 Okt, 2019
13:17
11208

Azərbaycanlı aktrisa müğənniliyə başladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vicdan haqqı” serialında canlandırdığı Larisa obrazı ilə məşhurlaşan cazibədar aktrisa Çimnaz Sultanova müğənniliyə başlayıb.

Oxu.Az xəbər verir ki, sənətçi sözləri və musiqisi Miro İsgəndərova məxsus “Olmaz-olmaz” adlı mahnısına klip çəkdirib.

Bəstəni isə rejissor Nail Naiboğlu ekranlaşdırıb. Klip Astarada lentə alınıb.

Çimnaz açıqlamasında bildirib ki, o, klipdə təbiətin dörd ünsürü olan od, su, torpaq və yeli təcəssüm etdirib:

“Qadının gözəlliyi möhtəşəm bir qüdrətdir, gülümsəmək isə onun qılıncıdır. Qadın gözəlliyi təbiətin harmoniyasını tamamlayan, zəif və eyni zamanda, qüvvətli, gözəlliyi ilə ruhuna dinclik və rahatlıq gətirən mələkdir.

O mələk ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir... Qadın cəmiyyətin yaradıcısı, yaşadanı və tərbiyəedicisidir. Analıq isə qadının gözəlliyini tamamlayır. Heç kim qollarında bir uşaq tutan ana qədər cazibədar görünə bilməz”.

Qeyd edək ki, klip sənətçinin rəsmi “Youtube” kanalına dörd saat öncə yayımlanıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri