30 
Okt
2019
21:10
81
47
2243
Virtual karabakh

Çoxdan gözlənilən “Terminator: Qara talelər” filmi “CinemaPlus”da - VİDEO

Oktyabrın 31-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Terminator: Qara talelər” filminin nümayişinə başlanılır.

ABŞ və Çin istehsalı olan “Terminator: Qara talelər” filminin rejissoru Tim Millerdir. Baş rollarda Arnold Şvarznegger, Makkenzi Devis və Linda Hamilton çəkiliblər. 140 dəqiqəlik filmdə yaş həddi “16+”dur.

Film haqqında qısa məlumat: Sara Konnor əsl terminator ovçusudur. İndi isə gələcəkdəki qatil robotların məhvi ilə məşğuldur. Saranın əsas məqsədi onların Cona çata bilməməsidir. Lakin qəfil Dani Romos peyda olur. Əgər Romos sağ qalarsa, bəşəriyyət ölümdən xilas olacaq. Sara ilə mübarizəyə robot və insanın sintezi olan əsrarəngiz Qreys də qoşulur.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından əldə edə bilərsiniz:

www.cinemaplus.az

Mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün linklər aşağıdakılardır:

IOS link  

Android link  

Daha ətraflı məlumatı sosial şəbəkələrdəki səhifələrdən və 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri