Noy
2019
12:21
231
76
10258
Virtual karabakh

Zamiq Hüseynov ata oldu - FOTO/VİDEO

2 Noy, 2019
12:21
10258

Zamiq Hüseynov ata oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Zamiq Hüseynov ata olub. 

Oxu.Az xəbər verir ki, Z.Hüseynov bununla bağlı yayılmış xəbərləri təsdiqləyib.

Oğul atası olan Zamiq hisslərini bu cür bölüşüb.

“Mənə tez-tez ailəmlə, şəxsi həyatımla bağlı suallar ünvanlanır. Mediada olan bütün dostlarım bilir ki, özəl həyatımla bağlı danışmağı sevmirəm. Bu, təkcə özümə aid deyil, eyni zamanda, valideynlərim, yaxınlarım və qohumlara da aiddir.

Bir müddətdir ki, ata olub-olmamağım həm saytlarda, həm də sosial şəbəkələrdə müzakirə olunur. Əzizlərim, ümid edirəm ki, məni başa düşərsiniz ki, şəxsi həyatımı gizlətmək, bu barədə danışmamaq kimi bir haqqım var. Bu mənim xarakterimdən irəli gələn bir məsələdir.

Bəli, bu gün isə etiraf edirəm. Mən rəsmi şəkildə bir müddət əvvəl ailə qurmuşam. Və bu nikahdan bir aya yaxındır ki, oğlum Zeyn dünyaya gəlib. Bilirəm, bu xəbərə sevinənlər çoxdur, amma mən yalnız yaradıcılığımla müzakirə olunmağı sevdiyim üçün, sizdən ata olmağım və ailəmlə bağlı mövzularda həssas davranmağınızı xahiş edirəm”.

Qeyd edək ki, Zamiq Hüseynovun ata olacağı xəbərini bir müddət əvvəl Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında yaymışdı. Röya bir güllə ilə iki dovşanı vurmuşdu. O, sənət yoldaşının həm ad gününü, həmdə yaxın aylarda ata olacağı ilə bağlı təbrik etmişdi. Daha sonra isə Zamiq Röyanın söylədiklərini təkzib etmişdi.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri