Noy
2019
13:45
163
80
6880
Virtual karabakh

Sərdar Ortaç evlənir

4 Noy, 2019
13:45
6880

Sərdar Ortaç evlənir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türk müğənnisi və bəstəkarı Sərdar Ortaç yenidən evlənmək qərarına gəlib.

Gözlənilmədən arvadı - irlandiyalı model Xloye Louqnadan boşanan Sərdar sevgilisinin olduğunu açıqlayıb.

Dünən axşam konsert verən sənətçi sevənlərinə yaxın müddətdə yenidən evlənə biləcəyini və sevgilisinin olduğunu bildirib.

“Hazırda həyatımda hər şey yaxşıdır. Səhhətimdə heç bir problem yoxdur. Şükür allaha ki, əlayam. O qədər yaxşıyam ki, yaxınlarda məni sürpriz gəlin namizədlə  görə bilərsiniz. Hazırda həmin şəxs buradadır. Amma bu gün onun kimliyini açıqlaya bilməyəcəm”, - deyə Sərdar qeyd edib.

Qeyd edək ki, Sərdar Ortaç-Xloye Louqna cütlüyü səkkiz illik evlilikdən sonra avqustun 8-də boşanıb. Hətta boşandığını son anda öyrənən Xloyenin halı qəfildən pisləşib və xəstəxanalıq olmuşdu.

İddialara əsasən, modelin Serdara hamilə olduğunu demədən uşağı tələf etməsi ayrılığa səbəb olub.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri