Noy
2019
13:05
14
65
910
Virtual karabakh

“Addams ailəsi”nin üzvləri və “Harmony Dance Studio” “CinemaPlus”da - FOTO/VİDEO

“Addams” ailəsinin üzvləri və “Harmony Dance Studio” “CinemaPlus” kinoteatrının qonaqları olub. Bu tədbir çoxdan gözlənilən “Addams Ailəsi” animasiya filminin premyerası ilə əlaqədar keçirilib.

Gizgi filminin rejissorları A Qreq Tirnan və Konrad Vernondur. Rollarda Şarliz Teron, Finn Vulfard və Xloya Qreys Moretz çəkiliblər. 105 dəqiqəlik filmdə yaş həddi “12+”dır. 

Animasiya film haqqında qısa məlumat: Bu, Addams ailəsidir. Ata pis havalarda gəzintini sevir. Ana hesab edir ki, qara ən parlaq rəngdir. Uşaqların ən yaxşı oyun yeri qəbiristanlıqdır. Nənə isə hər gecə yatmamışdan öncə 1-2 damcı zəhər içir. Siz hələ də qohumlarınızın qəribə olduğunu düşünürsünüz? O zaman Addams ailəsi ilə tanış olun.

Light in Black , Astral Labirint və Paranormal Baku-ya xüsusi təşəkkürlər!

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri