Noy
2019
17:18
184
75
8709
Virtual karabakh

Vüsalə Əlizadə Türkiyəyə köçür? - AÇIQLAMA

6 Noy, 2019
17:18
8709

Vüsalə Əlizadə Türkiyəyə köçür? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATV-nin məşhur aparıcısı və “Qardaşlar” serialının aktrisası Vüsalə Əlizadənin Türkiyənin İstanbul şəhərinə köçməsi ilə bağlı məlumatlar yayılıb.

Oxu.Az xəbər verir ki, Vüsalənin aktrisalıq karyerasını qardaşı ölkədə davam etdirəcəyi, bir neçə şirkətdən təklif aldığı və layihə barədə müzakirələrə başladığı bildirilib.

Yayılan məlumatın doğru olub-olmadığını öyrənmək üçün Vüsalə Əlizadə ilə əlaqə saxladıq.

Aparıcı xəbəri təsdiq etsə də, hələlik bu barədə danışmaq istəmədiyini dilə gətirib.

“Hələ bu barədə danışmaq istəmirəm. Bir müddət keçsin, mediaya geniş açıqlama verəcəyəm. Bu barədə ilk olaraq türk saytları məlumatı dərc ediblər. Onlar tərəfindən mənə işlə bağlı təkliflər gəlib, amma hələlik danışmağa ixtiyarım yoxdur”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri