Noy
2019
17:11
18
45
1497
Virtual karabakh

“CinemaPlus”da “Doctor Sleep” filminin nümayişinə başlanılır - VİDEO

Noyabrın 7-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Doctor Sleep” filminin nümayişinə başlanılır.

ABŞ istehsalı olan “Doctor Sleep” qorxu filmi janrındadır. Filmin rejissoru Mayk Fleneqandır. Baş rollarda  Yuen MakQreqor, Rebekka Fergüson və Ceykob Tremble çəkiliblər. 165 dəqiqəlik filmdə yaş həddi “18+”dur.

Film haqqında qısa məlumat: Film Deni Torons adlı öncəgörücü oğlanın həyatından bəhs edir. O, uzun illər “Overlook” hotelində çox qorxulu hadisələrin şahidi olub.

Hadisələrdən uzun müddət keçməsinə, atasının ölməsinə baxmayaraq, uşaqlıq travması onu tərk etməyib. Deni marjinal sərxoş həyatı sürür. Abra adlı öncəgörücü qız Deni ilə əlaqə saxlayır, çünki onun köməyinə ehtiyacı var.

Əsl düyünü tapmaq üçün Deni ona kömək etməlidir. Yoxsa ölümlə üz-üzə qalacaq. Bu düyün isə öncəgörücü uşaqların ovuna çıxanların tələsidir.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından əldə edə bilərsiniz:

www.cinemaplus.az

Mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün linklər aşağıdakılardır:

IOS link  

Android link  

Daha ətraflı məlumatı sosial şəbəkələrdəki səhifələrdən və 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri