Noy
2019
17:23
133
41
5439
Virtual karabakh

Tanınmış repçi dəvətnamələrin üstündə 30 min dollarlıq “Rolex” göndərdi - FOTO

7 Noy, 2019
17:23
5439

Tanınmış repçi dəvətnamələrin üstündə 30 min dollarlıq “Rolex” göndərdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzun müddət rep musiqinin əsas milyarderi sayılan Cey Zi heç vaxt lüks həyatından əl çəkməyib və topladığı sərvətini gizlətməyib. O, xüsusən xeyriyyəçilik fəaliyyəti ilə seçilir.

Oxu.Az xəbər verir ki, xeyriyyə fondunun fəaliyyəti üçün Cey Zi tanınmış iş adamlarına və həmkarlarına VİP dəvətnamələr göndərib.

Repçi dəvətnamənin üstündə 30 min dollar dəyərində “Rolex” markalı saat və qızılı şüşədə “Armand de Brignac Ace of Spades” adlı şampan yollayıb.

Cey Zinin yolladığı bahalı dəvətnamə dostlarının təəcübünə səbəb olub. Meek Mill və Svizz Beatz şəxsi “Instagram” hesabında VİP dəvətnamənin fotosunu çəkərək, heyranlıqlarını gizlədə bilməyiblər.

Sosial media əhli isə Cey Zinin bu addımı “yekəxanalıq” və “qudurğanlıq” kimi qələmə verib, onun bu hərəkətini tənqid ediblər.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri