Noy
2019
16:45
162
32
9665
Virtual karabakh

Bakıda havanı çirkləndirən şadlıq saraylarının adları açıqlandı - SİYAHI

8 Noy, 2019
16:45
9665

Bakıda havanı çirkləndirən şadlıq saraylarının adları açıqlandı - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı və Sumqayıtda faliyyət göstərən ictimai-iaşə obyektlərində keçirilən son monitorinq zamanı filtrlərini dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarı normadan artıq olan ictimai iaşə obyektlərinin adları açıqlanıb. 

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimov keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb:

“Çünki həmin ərazidə olan şadlıq saraylarının  sayı çoxdur. “Xan bağı”, “Cənnət”, “Xan sarayı”, “Hissa”, “Madonna”, “Milord”, “Grace Hall”, “Ayla” şadlıq sarayları, “Səhər mehi” və “Kometa” restoranlarında tullantıların miqdarı normadan çox olub. 

Binəqədi rayonunda “Sonalar sonası”, “Şahənşah”, “Mələk”, “Oğuz xan”, “Qızıl tac”, “Al saray”, “Amor”, “Röya”, Xətai rayonunda “Fəridə”, “Leyla”, “Şahzadə”, “Elgün”, “Neapol”, “Movida”, “Mirana”,  Nərimanov rayonunda “Şuşa”, “Su sonası” şadlıq sarayları, “Orman”, “Xankəndi”, “İsa bulağı” restoranları, Sumqayıt şəhərində “Qubadlı”, “Tural”, “Nurlan”, “Dan ulduzu”, “Şahanə” və “Dədə Qorqud”, Abşeronda “Qarabağ”, “Ülv”, “Səmayə” və “Sultan”, Gəncə şəhərində “Firuzə”, “Tural” və “Şahzadə” şadlıq saraylarıdır. 

Həmin şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edilib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri