Noy
2019
22:35
30
142
4576
Virtual karabakh

86 yaşlı Polanskinin adı yenidən seks qalmaqalında hallanır

9 Noy, 2019
22:35
4576

86 yaşlı Polanskinin adı yenidən seks qalmaqalında hallanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

86 yaşlı dünya şöhrətli rejissor Roman Polanskinin adı yenidən seks qalmaqalında hallanıb.  

Oxu.Az xəbər verir ki, bu dəfə fransız aktrisa Valentina Monier Polanskini 1975-ci ildə ona qarşı törətdiyi cinayət əməlində günahlandırıb.  

Valentinanın sözlərinə görə, onların görüşü İsveçrənin xizək kurortunda baş tutub: 

“Bu, həddən artıq şiddət idi. Məni döyə-döyə əynimdəki paltarımı yırtdı və bir sıra xoşagəlməz hərəkətlərə yol verdi. O zaman 18 yaşım olmuşdu”, - deyə aktrisa “Le Parisien” nəşrinə müsahibəsində bildirib.  

Polanski bundan öncə də qızlara qarşı əxlaqsız hərəkətlər və təcavüzdə ittiham olunurdu.  

O, 13 yaşlı bir qızın öldürülməsində öz günahını etiraf edib. O zaman qalmaqallı “Rozmarinin körpəsi”nin müəllifi həbsdən qaçmağa müvəffəq olmuşdu. 2009-cu ildə polis tərəfindən tutulan Polanski girov müqabilində sərbəst buraxılıb.  

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri