10 
Noy
2019
14:24
39
352
9928
Virtual karabakh

Fədayə Laçının oğlu: İki ildir, yaşamırmışam - VİDEO

10 Noy, 2019
14:24
9928

Fədayə Laçının oğlu: İki ildir, yaşamırmışam - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həbsdən yeni çıxan məşhur müğənni Fədayə Laçın oğlu Əlhəmlə ATV-də yayımlanan “Ən yaxşısı” proqramında qonaq olub.

Oxu.Az xəbər verir ki, verilişin aparıcısı Mətanət Əliverdiyeva Fədayənin oğlu Əlhəmə “Anan həbsdə olanda nələr yaşadın?” deyə, sual ünvanlayıb. Əlhəmin cavabı aparıcını göz yaşlarına boğub: 

“Anam gələndən sonra, ilk qucaqlaşdığımız məqamda fərqinə vardım ki, iki ildir, yaşamırmışam. Bu iki ilin icmalını mən belə izah edə bilərəm. Elə bil yenidən dünyaya gəldim. Tamamilə başqa bir duyğudur. Sözlə belə izah etmək asan deyil”.

Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub. O, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı “Qoca” ləqəbli kriminal aləm üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri