11 
Noy
2019
01:59
34
739
43313
Virtual karabakh

Cinsini dəyişib ərə gedən bloqer Bakıda - FOTO/VİDEO

Cinsiyyətini dəyişib qadın olan, bir neçə həftə öncə özünə dəbdəbəli toy məclisi qurub, futbolcu Gökhan Çıra ilə evlənən Türkiyənin 35 yaşlı məşhur fenomeni Selin Ciyerci Bakıya gəlib.  

Oxu.Az xəbər ki, Selin paytaxtımıza ayaq basan kimi hava limanında media nümayəndələrinin suallarını cavablandırıb.  

Məşhur Azərbaycana ilk dəfə gəldiyini dilə gətirib:  

“Sizin burada olmağınızdan xəbərdar idim, təəcüblənmədim. İlk dəfədir ki, Bakıya gəlirəm, amma atam tez-tez ölkənizin qonağı olur, çünki tekstilçidir. Azərbaycanlıları çox sevirəm. Bura həm iş, həm də gəzmək üçün gəlmişəm. Bakıda həm də kosmetik vasitələrimi nümayiş etdirəcəm”.  

Vətəni Türkiyədə yetərincə populyarlıq qazanan Selin “Fenomen olmaq necə bir hiss və duyğudur” sualına bü cür cavab verib: “Fenomen olmaq olduqca əyləncəlidir”.  

Şahzadələrə layiq təmtəraqlı şəkildə toy edib, ailə həyatı quran Ciyerci evləndiyi futbolçu Gökhan Çıradan da bəhs edib:  

“Çox xoşbəxtəm. Gökhanı qısqanmıram. Təəssüf ki, onun işi olduğundan Bakıya gələ bilmədi. Amma gələcəkdə Bülent Ərsoy ilə yeni layihəmiz olacaq. Bəlkə onda Gökhan da bizimlə gələr. Həyat yoldaşımla bal ayına hələ çıxmamışıq, amma yeni ildə Rizəyə getməyi düşünürük”.  

“Toyunuzda niyə sosial şəbəkələrin fenomeni, makiyaj ustası və stilist Kerimcan Durmaz iştirak etmədi” sualına Selin bu cür reaksiya verib:  

“Kərimcan dostumdur, amma o ərəfələrdə işləri var idi, ona görə toyumuza gəlib, iştirak edə bilmədi”. 

Daha sonra Selin Türkiyə mediasında geniş müzakirə olunan yaxın rəfiqəsi, pop ulduz Demet Akalınla küsülü olması xəbərlərinə bu cür aydınlıq gətirib:  

“Dostların arasında soyuq küləklər əsə bilər, əsas odur ki, nəticə yaxşı olsun. Demet məni öz şəxsi “İnstagram” hesabının “izləmə” bölməsində çıxartmayıb”.  

Məşhur fenomen ayaqüstü müsahibənin sonunda “Azərbaycanlı müğənnilərdən kimi tanıyırsınız?” sualına “Sizin müğənnilər haqda informasiyam yoxdur. Adlarını belə unuda bilirəm” cavabı verib, tələsik lüks avtomobilə minərək, hava limanından uzaqlaşıb.  

Qeyd edək ki, Selin Ciyerci ailə həyatı qurduqdan sonra verdiyi qalmaqallı açıqlaması ilə gündəmə damğa vurmuşdu. O, ana olmaq istədiyi söyləyib: “Əlbəttə ki, mənim ana olmaq kimi bir şansım yoxdur. Amma Gökhanın ata olmasını çox istəyirəm. Ona görə də xaricdə daşıyıcı ana vasitəsilə ana olmağı düşünürəm. Çünki Türkiyədə bu proses leqal deyil. Planlarımız alınmasa, Türkiyədə övladlığa uşaq da götürə bilərik. Əgər şərtlər imkan verərsə, istəyimizi həyata keçirmək istəyirik. Ancaq bizə uşaq verib-verməyəcəklərini dəqiq bilmirik”.  

Türkiyəli məşhur fenomen Bakıya dünya şöhrətli “make-up” artist Anar Ağakişiyevin dəvəti ilə gəlib. 

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri