11 
Noy
2019
14:43
55
285
4500
Virtual karabakh

Nigar və Eldar aparıcılığa başlayır - FOTO/VİDEO

11 Noy, 2019
14:43
4500

Nigar və Eldar aparıcılığa başlayır - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Runnig Scared” mahnısı ilə Almaniyanın Düsseldorf şəhərində keçirilən beynəlxaq mahnı müsabiqəsi ilə Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci yaşadan populyar müğənnilər Nigar Camal və Eldar Qasımov daha bir yeniliyə imza atıblar. 

Oxu.Az xəbər verir ki, onlar AzTV-nin efirində birbaşa yayımlanan “Telesəhər” proqramında aparıcılıq edəcəklər.

Nigarla Eldar hər həftəsonu tamaşaçıların görüşünə gələcək. Onların qonaqları isə şou-biznes, incəsənət və müxtəlif sənət sahələrinin parlaq simaları olacaq. 

Sözügedən proqramının anons çəkilişləri artıq yekunlaşıb. AzTV-nin bədii rəhbəri, məşhur teleaparıcı Ranar Musayev çəkilişdən olan ən maraqlı görüntüləri lentə alaraq şəxsi “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.

Verilişin səs-küylü və rəngarəng anonsu tezliklə AzTV-nin efirində yayımlanacaq. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

#comingsoon 🎥 #AZTVberaberik

Публикация от Ranar Musayev ®️ (@ranarmusayev)

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri