13 
Noy
2019
14:46
53
32
2947
Virtual karabakh

“CinemaPlus”da “Klara və sehirli əjdaha” filminin nümayişinə başlanılır - VİDEO

13 Noy, 2019
14:46
2947

“CinemaPlus”da “Klara və sehirli əjdaha” filminin nümayişinə başlanılır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 14-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Klara və sehirli əjdaha” filminin nümayişinə başlanılır.

Ukrayna istehsalı olan “Klara və sehirli əjdaha” animasiya filminin rejissoru Aleksandr Klimenkodur. 95 dəqiqəlik cizgi filmində yaş həddi “6+”dur.

Cizgi filmi haqqında qısa məlumat: Nağıl ölkəsində min ildə bir dəfə sehirli əjdaha dünyaya gəlir. İnanılmaz nadir və sehirli qabiliyyətlərinə görə qara qüvvələr onu ovlayır. Körpəni qaçırmağı bacarsalar da, absurd qəza ilə onu itirirlər. Xoşbəxtlikdən onu iki dost - komik yenot və hirsli cırtdan tapır. Dostlar əjdahanı doğma yurduna qaytarmaq üçün uzun bir yola çıxırlar.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından əldə edə bilərsiniz:

www.cinemaplus.az

Mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün linklər aşağıdakılardır:

IOS link  

Android link  

Daha ətraflı məlumatı sosial şəbəkələrdəki səhifələrdən və 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri