15 
Noy
2019
01:54
60
93
4929
Virtual karabakh

Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pitti bağışlamaq istəmir - FOTO

15 Noy, 2019
01:54
4929

Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pitti bağışlamaq istəmir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2016-cı ilin payızından sonra Hollivudun iki məşhur aktyoru, keçmiş cütlük 55 yaşlı Bred Pitt və 44 yaşlı Ancelina Coli heç vaxt birlikdə kameralar qarşısına çıxmayıblar.

Tərəflər arasında boşanma prosesisinin yekunlaşmasına, altı övladının (18 yaşlı Maddoks, 15 yaşlı Paks, 14 yaşlı Zaxara, 13 yaşlı Şilo, 11 yaşlı Knox və Vivyen) olmasına baxmayaraq, aktrisa keçmiş əri ilə dostluq münasibətlərini bərpa etməkdən imtina edir.

“Ancelinanın Bredə qarşı çoxsaylı şikayətləri var… Bred Ancelinanın və uşaqların həyatını alt-üst edib” – deyə insayder jurnalistlərlə müsahibəsində bildirib.

Ötən ay aktrisa “Harper's Bazar” jurnalıına verdiyi müsahibədə keçmiş həyat yoldaşından şikayətlənib. Hollivud ulduzunun sözlərinə görə, Ancelina ABŞ-dan xaricə köçmək istəsə də, Los-Ancelesdə yaşamağa məcbur olur. Boşanmadan əvvəl bütün ailə birlikdə səyahətlər edib ki, bu da Bredin heç xoşuna gəlməyib.

“Bred uşaqların satibil yaşayışını istəsə də, bu Ancelinanın heç də ürəyincə olmayıb. Coli uşaqların müxtəlif ölkələrə səyahət etməsini, oraları görüb tanımasını daha üstün tutub” - deyə, aktrisanın mühitindən bir mənbə əlavə edib.

İnsayderlər Colinin heç Pittlə evlənmək istəmədiyini iddia edirlər. Bu məsələdə Coli Bredin təzyiqini hiss edib. Aktrisa yenidən ailə qurmaq istəmədiyi də bildirilir.

Xatırladaq ki, ulduzlar boşanma ilə bağlı bəzi məsələlərdə hələ də razılığa gəlməyiblər.

Qeyd edək ki, Coli Pittlə boşanmaq üçün 2016-cı ilin sentyabrında məhkəməyə rəsmi şəkildə müraciət edib. Cazibədar aktrisanın bu cür addım atmasına səbəb həyat yoldaşının uşaqlara qarşı düzgün olmayan tərbiyə üsullarından istifadə etməsi olub.

Hətta gəzən dedi-qodulara görə, içkili vəziyyətdə olan Bred böyük oğlu Meddoksa şəxsi təyyarələrində əl qaldırıb. Daha sonra bu xəbər öz təsdiqini tapmamışdı. Cütlüyün qalmaqallı boşanma prosesi bu ilin aprel ayında sona çatıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri