15 
Noy
2019
20:48
30
130
9738
Virtual karabakh

Məşhur braziliyalı futbolçunun arvadının adı “eskort” qalmaqalında - FOTO

15 Noy, 2019
20:48
9738

Məşhur braziliyalı futbolçunun arvadının adı “eskort” qalmaqalında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət Moskvanın “Spartak” klubunda çıxış etmiş braziliyalı futbolçu Luiz Adriano futbol ulduzlarının məftunedici və düşüncəsiz həyatı ilə bağlı stereotipləri qırmaq üçün mübarizə aparır.

Vətəninə qayıdan futbolçu özü ilə Rusiyadan qarabaşaq, suvenirlər və yeni bir həyat yoldaşı, cazibədar model Yekaterina Dorojkanı aparıb.

Ötən gün cütlük rəsmi şəkildə evləniblər. Adrianonun əvvəlki ailəsi başqa bir rus modelinə görə dağılıb, futbolçunun həyat yoldaşı onu xəyanət etdiyinə görə bağışlamayıb.

32 yaşlı futbolçunun eks həyat yoldaşı Braziliyada üç övladı ilə birlikdə ərinin Moskvadan qayıtmasını gözlədiyi vaxtda, o, rus model sevgilisi ilə eşq yaşayıb.

Ondan sonra Adrianonun həyatında çox şey dəyişib. O, “Spartak” klubunu tərk edib. Keçmiş həyat yoldaşı isə sosial media hesabında “fahişələr hər yerdə var” ifadəsi ilə gündəmə səs salıb.

Luis bu aralarda eşq yaşadığı slavyan əsilli model qızları “əlcək” kimi dəyişməsi ilə sosial medyada gündəmə gəlib.

Futbolçunun arvadı Yekaterina Dorojkanında adı bir sıra qalmaqallarda hallanıb. Bir müddət Yekaterina “Lokomotiv” futbol klubunun üzvü Anton Mirançuk ilə görüşüb. Cütlük münasibətdə olduqlarını təqsdiq etsələr də, bir müddətdən sonra Yekaterina Antondan ayrılıb.

Daha sonra Dorojnikanın adı bir neçə məşhur futbolçu ilə birlikdə çəkilib.

Bu dəfə isə söhbət eşq, məhəbbətdən deyil, Yekaterinanın pul müqabilində eskort xidmətləri göstərdiydən düşüb.

Zaman keçdikcə Yekaterina haqqında gəzən dedi-qodular sahəsində məşhurluq əldə edib, adını daha bir tanınmış futbolçu ilə hallandırmağa nail olub.

Adriano model ilə sevgili olan müddətdə həyat yoldaşı ilə rəsmi qaydada boşanıb. Beləcə, hamı Yekaterinanı ailə dağıdan qadın kimi tanıyıb. Cütlük ilk görüşdən iki həftə sonra birlikdə yaşamağa qərar veriblər. Bir ay sonra isə Luis Yekaterinaya “Porsche Cayenne” avtomobili hədiyyə edib.

Yekaterina öz və həyat yoldaşının ətrafında gəzən bütün dedi-qodular və söz-söhbətlərə son qoymaq üçün “İnstagram” hesabının “Hekayə” bölməsində Adriano ilə sarmaşıq fotosunu yayımlayaraq “Luis mənim ən yaxşı kişimdir” şərhini yazıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri