18 
Noy
2019
09:07
272
112
15619
Virtual karabakh

Azərbaycanlı aparıcı: Kişi kişi ilə sevişir, kimə ərə gedim?

18 Noy, 2019
09:07
15619

Azərbaycanlı aparıcı: Kişi kişi ilə sevişir, kimə ərə gedim?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heç kimlə, nə sevgili olmaq istəyərəm, nə də ərə getmək. Kişi kişi ilə sevişir, kimə ərə gedim? Şou-biznesin içindəyəm, mənə kənardan adam lazımdır.

Oxu.Az xəbər verir ki, bunu teleaparıcı-aktrisa Könül Yusifqızı Azmedia.Az-a verdiyi qalmaqallı müsahibədə dilə gətirib.

O, daha sonra “Cinsi azlığı sevə bilərsiniz?” sualına “Gey bəzi bığıburma kişilərdən daha qeyrətli olur”, - deyərək, fikirlərini bu cür davam etdirib:

“Xeyr! Mən onunla dost olaram, canım-gözüm olar, amma kişi-qadın sevgisi mümkünsüzdür. Hərçənd gey bəzi bığıburma kişilərdən daha qeyrətli olur. Vallah, gey tanıyıram, yaxın dostumdur. Həyat yoldaşı dükan-bazar bilmir ki, nədir. Ailəcanlıdır, qazandığı pulla arvadı ilə dünyanı gəzir.

Hərdən özünə deyirəm ki, sən mənəm-mənəm deyib, arvadını, uşağını atıb, balasına bir qəpik aliment belə qıymayan, arvadını fahişəliyə sürükləyən, “mən kişiyəm” deyənlərdən qat-qat kişisən!

Demək ki, “kişiyəm” demək, bığ-saqqal saxlayıb, şalvar geyinməklə deyil! Namuq-qeyrət deyib onda-bunda səhv axtarmaqla deyil. Küncdə-bucaqda dayanıb, camaatın yubkasını güdəndən nə kişi?”

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri