18 
Noy
2019
15:37
180
288
4573
Virtual karabakh

Nadir Qafarzadə: Cem Yılmazı tanımıram deyə məni vurub öldürməlisiniz?!

18 Noy, 2019
15:37
4573

Nadir Qafarzadə: Cem Yılmazı tanımıram deyə məni vurub öldürməlisiniz?!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Doğrudan da, Cem Yılmazı tanımıram. Həmin insana heç vaxt baxmamışam. Bir sözdür, dedim. Ona görə məni vurub öldürməlisiniz?!

Oxu.Az xəbər verir ki, bunu müğənni Nadir Qafarzadə “Hər şey daxil” verilişində Cem Yılmazı niyə “qıjı” adlandırmasına aydınlıq gətirərkən deyib.  

“Bizim evdə türk kanalları izlənilmir. Heç bir türk serialına baxmırıq. Maraqlıdır ki, niyə ölkəmizə daha sanballı sənət insanlarını gətirmirlər? Gətirilənlər də artıq öz ölkələrində heç kəsə lazım olmayan sənətçilər olur. Belə ki, onları yaşlanmış, tükənmiş bir vaxtda gətirirlər”.

Proqramda qonaqlar Cem Yılmazın yetərincə tanınmış biri olduğunu söylədikdən sonra müğənni gülərək cavab verib:

“Bağışlayın. Keçin günahımdan. Yaxşı ki, Cem sizin qohumunuz deyil”.

Qeyd edək ki, Nadir Qafarzadə sosial şəbəkədə Cem Yılmazı tanımadığını bildirib və onu “qıjı” adlandırıb:  

“Bunları hardan tutub gətirirlər? Vallah, tanımıram və heç maraqlı da deyil. Bizdə “qıjı”lar azdır, biri də gəldi”.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri