19 
Noy
2019
16:41
182
43
12706
Virtual karabakh

Elçin Əlibəylidən arvadı tərəfindən döyülməsi xəbərinə - REAKSİYA

19 Noy, 2019
16:41
12706

Elçin Əlibəylidən arvadı tərəfindən döyülməsi xəbərinə - REAKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış teleaparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.

Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verib.

Qalmaqallı olayla bağlı Oxu.Az-ın əməkdaşı E.Əlibəyli ilə əlaqə saxlayıb.

Teleaparıcı faktın dezinformasiya olduğunu bildirərək, həyat yoldaşının magistratura təhsili ilə bağlı hazırda Türkiyədə olduğunu deyib. 

“Mətbuata mənimlə bağlı hər gün bir məlumat sızır. Səhhətim yerimdədir, hər şey qaydasındadır. Mən niyə döyülməli, söyülməliyəm? Bir gün məni kanaldan çıxarırlar, daha sonra verilişdən çıxarırlar. Bizim mətbuatda nə var?

Mövzu bitəndə Elçin Əlibəyli qırsaqqızdır, ondan yapışırlar. Bu, yalan informasiyadır. Belə bir şey yoxdur. Mənim həyat yoldaşım hazırda Türkiyədə magistr təhsili alır. Mənim yoldaşımla nə işim var ki?

Yəqin, bu məlumatı yayan həmin bölmədə hamı içib, ayıq adam yoxdur. Mən Nəsimi Rayon 20-ci Polis Bölməsinin yerini belə tanımıram. Mən heç Həsən Əliyev küçəsinə getmirəm, çünki orada sıxlıq olur”.

Qeyd edək ki, E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib. 

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri