20 
Noy
2019
11:34
62
216
14614
Virtual karabakh

Azərbaycanlı Xalq artistinin arvadı: Ərim bədən formamı bəyənir - FOTO

20 Noy, 2019
11:34
14614

Azərbaycanlı Xalq artistinin arvadı: Ərim bədən formamı bəyənir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən həftəsonu opera divası Anna Netrebko, əri, məşhur tenor Yusif Eyvazov və 11 yaşlı oğlu Tiaqo ilə birlikdə Moskvada bəstəkar İqor Krutoyun yubiley konsertində iştirak edib.

5-tv.ru xəbər verir ki, 65 yaşını yayda qeyd edən maestro,“Romanza” albomuna daxil edilmiş və opera ulduzları üçün xüsusi olaraq yazılmış mahnıları təqdim edib.

Səhnədə və Kreml Sarayında lentə alınan fotoları opera sənətçisi şəxsi “Instagram” səhifəsində yayımlayıb.

KP yazır ki, Anna Netrebkonun pərəstişkarları təkcə ərinin 30 kiloqram arıqladığını deyil, eləcə də, Annanın özünün də nəzərəçarpacaq dərəcədə arıqladığını bildiriblər. Lakin xanım müğənni pəhrizə riayət etmədiyini və idman məşqləri ilə özünü yormaq istəmədiyini dilə gətirib:

“İstədiyim hər şeyi yeyirəm. Kosmetoloqlara və təlimçilərə müraciət etmirəm, arıqlamaq da niyyətində deyiləm. Ər mənim bədən formamı bəyənir və əsas şey də budur”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri