20 
Noy
2019
11:05
64
219
13776
Virtual karabakh

Müşfiq Abbasovun evi əlindən alınır

20 Noy, 2019
11:05
13776

Müşfiq Abbasovun evi əlindən alınır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Allah hamımızı mərdiməzardan, ev yıxandan, qorusun! Mənim heç kimə “dələduz” demək hüququm yoxdur, bunu fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Həsənova Gülrux Sənhan qızına onun xalası Həsənova Mehriban Hüseyn qızının iddiasından sonra Apellyasiya Məhkəməsinin hakimi Cəmilova Xəyalə Adil qızının qərarı deyir.

Oxu.Az xəbər verir ki, bu sözləri “Bu şəhərdə” yumortistik teatrının ssenari müəllifi Müşfiq Abbasov şəxsi “Instagram” hesabında yazıb.

O, bir neçə ay öncə evinin əlindən saxta yolla alınması barədə məlumatlar paylaşıb. Müşfiq məhkəməyə müraciət etsə də, məsələnin çözülmədiyini bildirib.

“Sən demə, mənim 2013-cü ildə Gülruxdan aldığım evin sənədləri saxta imiş. Həmin evi Mehribanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə, öz baldızı qızı Gülruxun adına alıb. Alandan üç il sonra Taleh dünyasını dəyişib. Ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib.

Mənim nə günahım var? Bu alqı-satqını 5 saylı Dövlət notariusu təsdiqləyib və sonra Dövlət Əmlak Komitəsi ona əsasən mənə çıxarış verib. İndi altı ildən sonra hakim deyir ki, evi qaytar”.

M.Abbasov paylaşımında ona hədə-qorxu gəlindiyini vurğulayıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

ALLAH Hamımızı mərdiməzardan, ev yıxandan, qorusun! - Mənim heç kimə dələduz demək hüququm yoxdur- bunu Fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Həsənova Gülrux Sənhan qızına onun Xalası Həsənova Mehriban Hüseyin qızının iddiasından sonra, Apellyasiya Məhkəməsinin Hakimi Cəmilova Xəyalə Adil qızının qərarı deyir. İş orasındadır ki, sən demə, mən 2013-cü ildə H.Gülruxdan aldığım evin (həmin evidə H.Mehribanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə, öz baldızı qızı H. Gülruxun adına alıb, alandan 3-il sonra H.Taleh dünyasını dəyişib, H.Taleh özü o evə gəlib getsədə onun həyat yoldaşı H.Mehriban heç vaxt orda olmayıb, yaşamayıb və onun adınada heç vaxt heç bir sənəd olmayıb, amma ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib) "kupçası" saxta imiş, və o saxta çıxarışa əsasəndə mənə çıxarış verilib, hətda bu belə olduğu halda axı mənim nə günahım var? axı bu alqı-satqını 5 saylı Dövlət notariusu təsdiqləyib və sonra Dövlət Əmlak komitəsi ona əsasən mənə çıxarış verib. indi, 6 ildən sonra Hakim Xəyalə Cəmilova Dövlətin adınnan mənə deyir ki-"ay Müşviq sən evi qaytar H.Gülruxun xalası H.Mehribana sonra özün get H.Gülruxdan puluni istə". H.Mehriban isə mənə telefonda dedi ki mənim Prezident Apparatındakı bacım qızıynan, Nazirlər Kabinetindəki bacım Azərbaycanda hər hakimin "ağzını yumar", havayı yerə vəkillərə pul xərcləmə. Yəni Hakim Xəyalə Cəmilovanın və Xala Mehriban Həsənovanın bu məntiqinnən belə çıxır ki, Azərbaycanda kim istəsə Dövlət sənədlərini saxtslaşdırıb külli miqdarda (145 min dollar), dələduzduq edib pulu "atıb" həbs olunmaya bilər, azadlıqda qala bilər və hər ehtimala qarşı cənab Prezident İlham Əliyevin mülkiyyətin sənədləşməsi ilə bağlı dəfələrlə imzaladığı fərmanlara və sərəncamlara, Azərbaycan Respublikası Konstitusiyasının 29 madəsinə (Maddə 29. Mülkiyyət hüququ), Əmlak Komitəsinin verdiyi sənədə, Dövlət Notariusun təsdiqlədiyi müqaviləyə, heç vaxt güvənib ev almayın-Məhkəmənin qərarı ilə hər bir vətəndaşın, vicdanlı alıcının mülki hər an, hətda 6 ildən sonra, əlindən alına bilər. ....................(ardı 👇🏽.....)

Публикация от Мушвиг Аббасов (@mushviqabbasov)

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri