23 
Noy
2019
11:25
30
101
8186
Virtual karabakh

Milyarder seksual sevgilisinə bağışladığı unikal malikanəni satır - FOTO

23 Noy, 2019
11:25
8186

Milyarder seksual sevgilisinə bağışladığı unikal malikanəni satır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı milyarder Vladislav Doronin memar Zaha Hadid tərəfindən inşa edilmiş varlılar ərazisi kimi tanınan “Barvixada”da inşa edilmiş futuristik və modern üslubda bir villanı satışa çıxarıb.

Bu barədə “Mash” telegram kanalı məlumat verib.

Daha sonra rieltorlar məlumatı “RBК Əmlak”a da təsdiqləyiblər. Satışa çıxan əmlakın hazırkı dəyəri 150 milyon dollar civarındadır.

İnşaatına 2012-ci ildən başlanılan və dəyəri 140 milyon dollar olan malikanə Rublevo-Uspenski magistral yolunun yaxınlığındakı meşənin ortasında yerləşir.

Sahəsi 3,3 min kvadratmetrdir. Malikanənin iki mərtəbəsi var. Villada spa mərkəzi, 20 metrlik hovuz, idman zalı, gecə klubu və hətta bir Yapon bağı da var. Malikanənin Vladislavın Naomi Kempbell üçün toy hədiyyəsi olduğu güman edilib, lakin 2012-ci ilin oktyabrında cütlük ayrılıb.

Füsunkar və dəbdəbəli görünüşü olan malikanənin üç il əvvəl, 2016-cı ilin oktyabr ayında satışa çıxarıldığı ortaya çıxıb, lakin çox baha qiymətə olduğundan satılmayıb. Mütəxəssislərin fikrincə, bu qədər məbləğə villanı heç kim almayacaq.

Beləliklə, sahibinin tezliklə qiyməti bir az aşağı salması və bir xoşbəxt şəxsin Hadid layihəsi ilə inşa edilən Rusiyadakı yeganə fərdi yaşayış binasına köçməsi mümkün olacaq. 

Qeyd edək ki, Vladislav Doronin və Naomi Kempbell 2008-ci ildən 2012-ci ilə qədər münasibətdə olublar. Cütlük “Kann” Film Festivalında görüşdükdən sonra aralarında eşq yaşanıb. Vaxtaşırı mediada cütlüyün nişanlandığı və yaxınlaşan toy barədə mesajlar yayımlanıb, lakin 2012-ci ilin oktyabrında cütlüyün münasibətlərinin sona çatdığı bildirilib.

2014-cü ildən bəri model Kristina Romanova ilə münasibətdə olan Doronin birlikdə Jasmin və Aleksandra adlı qızlarını böyüdürlər. Ancaq Vladislav və Kristina münasibətlərini rəsmi qeydiyyata almağa tələsmirlər.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri