25 
Noy
2019
01:45
21
73
4322
Virtual karabakh

“Junior Eurovision-2019”un qalibi bəlli oldu - VİDEO

25 Noy, 2019
01:45
4322

“Junior Eurovision-2019”un qalibi bəlli oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın Qlivitse şəhərində keçirilən “Junior Eurovision-2019” beynəlxalq mahnı yarışmasının qalibi yerli təmsilçi Viktoriya Qabor olub.  

Oxu.Az xəbər verir ki, “Superhero” mahnısı ilə səhnədə uğurlu çıxış edən Viktoriya rəqiblərini kölgədə qoyaraq 278 xalla müsabiqənin birincisi olub.  

İkinci yeri Qazaxıstan, üçüncü yerə isə İspaniya layiq görülüb.  

İştirakçılara gələn səslər peşəkar münsiflər heyəti tərəfindən və yarışmanın rəsmi saytında keçirilən tamaşaçı səsverməsinin əsasında toplanıb.  

“Junior Evrovision” digər “Eurovision”dan fərqli olaraq tamaşaçıların öz ölkələrinə də səs vermək imkanına malik olması ilə fərqlənir.  

Qeyd edək ki, Azərbaycan bu il keçirilən “Junior Eurovision”dan imtina edib.  

Ötənilki yarışmanın qalibi də Polşa təmsilçisi olmuşdu. “Anyone I Want to Be” bəstəsi Roksana Venqelə 215 xal gətirib. Nəticədə ifaçı rəqiblərini geridə qoyaraq yarışmanın birincisi olub.  

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri