28 
Noy
2019
19:33
21
175
11073
Virtual karabakh

Çəkiliş meydanında ölən aktyorun son görüntüləri yayıldı - VİDEO

28 Noy, 2019
19:33
11073

Çəkiliş meydanında ölən aktyorun son görüntüləri yayıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində 17 saatlıq çəkilişdən sonra çəkiliş meydanında ölən Tayvan əsilli kanadalı aktyor və model Qodfri Qaonun son görüntüləri yayılıb. 

Həyatının son saatları barədə videonu “Mirror” agentliyi noyabrın 28-də dərc edib.

Bildirilir ki, Qao infarktdan ölüb.

Qeyd edək ki, məşhur model və aktyor idman realiti şousunda iştirak edirmiş. Kadrlardan görünür ki, yorğunluqdan tükənmiş Qao meydanda qaçır, sonra çətinliklə hündürlüyə qalxır və orada dayanır.

Qeyd edək ki, aktyorun ölümü barədə xəbər noyabrın 27-də yayılıb. Onun 35 yaşı var idi. Qao  “Ölüm silahı: Sümüklər şəhəri”, “Şanxay qalası”, “Qədim qılıncın sirri”, “Nefrit kulon”, “Mənim başqa evim” və sair filmlərdə çəkilmişdi.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri