29 
Noy
2019
11:12
64
50
5968
Virtual karabakh

Tanınmış aktrisa sevgilisinə evlilik təklif etdi - VİDEO

29 Noy, 2019
11:12
5968

Tanınmış aktrisa sevgilisinə evlilik təklif etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli gənc aktrisa hər kəsin marağına səbəb olan addım atıb.

Oxu.Az xəbər verir ki, aktrisa Gözdə Çığacı sevgilisi Tümer Gülümsərlərə evlilik təklif edib.

Evlilik təklif etdiyi anları sosial media hesabından paylaşan aktrisa sevgilisinin onun üçün özəl olduğunu qeyd edib:

“Hesab edirəm ki, sən mənim üçün yaradılmısan. Nəyisə ömür boyu gözləmək darıxdırıcıdır. Niyə o evlilik təklif etməlidir? İnanın ki, bunun bir cavabı belə yoxdur. Fikrimcə, qadın və ya kişinin evlilik təklif etməsi fərq etmir.

Mən bu insanla həyatımı yaşamaq istəyirəm. Bu addımı atmaqdan da qürur duyuram. Yaxşı ki, yanımdasan, gözəl ürəkli dostum. Həmişə yanımda ol. Təklifimə “Hə” dedi!”

Ötən il Gözdənin aktyor Selcuk Yöntemlə sevgili olduğu iddia edilirdi. 

Qeyd edək ki, gənc aktrisa Gözdə Çığacı “Kuzey Güney”, “Yüzləşmə”, “Kördüğüm” və “Bir ailə hekayəsi” serialları ilə tanınıb.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri