30 
Noy
2019
09:31
80
349
8515
Virtual karabakh

Türkiyəli aktyora görə Bakıda izdiham yaşandı - VİDEO

30 Noy, 2019
09:31
8515

Türkiyəli aktyora görə Bakıda izdiham yaşandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıya gələn Türkiyənin məşhur aktyoru Oktay Kaynarcanı görmək istəyənlər izdihama səbəb olub.

Oxu.Az xəbər verir ki, bu səbəbdən aktyor öncə açılışını etdiyi mağazanın, daha sonra isə ticarət mərkəzinin arxa qapısından çıxarılıb.

Avtomobilə əyləşməkdə əziyyət çəkən Oktaya mühafizəçilər kömək edib. Bakıda siması olduğu markanın mağaza açılışına və ticarət mərkəzlərindən birində imza gününə qatılan aktyora görə yaşanan izdiham Türkiyə mətbuatında da öz əksini tapıb.

İzdiham səbəbindən aktyorun imza günü ləğv edilib.  Aktyor onu görməyə gələn sevənlərini salamlayaraq, onlara öz təşəkkürünü bildirib. Onunla şəkil çəkdirmək istəyənlər izdihamın yaranmasına səbəb olub. Bu səbədən Oktay ticarət mərkəzinin arxa qapısından çıxarılıb.

Qeyd edək ki, Oktay Kaynarca “Kurtlar Vadisi” teleserialındakı “Çakır” obrazı ilə tanınıb. Hazırda aktyor “Eşkiya dünyaya hökmdar ola bilməz” teleserialında baş rolda oynayır.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri