30 
Noy
2019
23:20
42
254
7348
Virtual karabakh

Şeyma Subaşı: Çətin günümdə Acun zəng edə biləcəyim ilk insandır, sevgilimlə də evlənmək fikrim yoxdur

30 Noy, 2019
23:20
7348

Şeyma Subaşı: Çətin günümdə Acun zəng edə biləcəyim ilk insandır, sevgilimlə də evlənmək fikrim yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şeyma Subaşı ilk dəfə keçmiş həyat yoldaşı Acun İlicalı və indiki sevgilisi DJ Quido Seniada ilə bağlı bilinməyənləri açıqlayıb.

Oxu.Az xəbər verir ki, Şeyma Acunla münasibətinin yaxşı olduğunu bildirib:

“Yalnız bir şeyə görə peşmanam. Gərək boşandıqdan sonra  “Instagram” hesabımı bir müddətliyə bağlayardım. Çünki həmin vaxt paylaşdığım şəkillər və videolar ayrılığı vecimə almadığım kimi başa düşüldü. Amma elə deyildi. Ona görə də ən böyük peşmanlığım odur.  

Hazırda Acunla aramız yaxşıdır. Başıma pis iş gələrsə, ilk zəng edə biləcəyim insan Acundur. Onun da hər zaman mənim yanımda olacağını bilirəm”.

Acunla ayrıldıqdan qısa müddət sonra italyan DJ Quido Seniada ilə sevgili olan Şeyma onunla evlənməyəcəyini açıqlayıb:

“Evlənmək kimi bir niyyətim yoxdur. Evləndiyim zaman nə olacaq? Evlənincə nə dəyişəcək? Ona görə də evlənmək istəmirəm”.

Qeyd edək ki, Şeyma Subaşı türkiyəli iş adamı Acun İlicalının keçmiş həyat yoldaşıdır. Onlar 15 ay evli qalıblar. Acun Şeymanı ona indiki sevgilisi ilə xəyanət etməsi səbəbi ilə boşayıb. 

Sevinc Yasinqızı  

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri