Dek
2019
11:59
336
88
6656
Virtual karabakh

Röya: Kim istəyirsə, deputat olsun, mənim elə niyyətim yoxdur - FOTO/VİDEO

1 Dek, 2019
11:59
6656

Röya: Kim istəyirsə, deputat olsun, mənim elə niyyətim yoxdur - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hamınızın üzərimdə zəhməti, əli var. Yerim bir azda möhkəmləndi.  

Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “Elektra Hall”da konsert öncəsi media nümayəndələri ilə söhbətində dilə gətirib.  

Sənətçi “Xalq artisti” fəxri adı almasının daha da məsuliyyət yaratdığını söyləyib:  

“Hər zaman işimdə məsuliyyətli olmuşam. Artıq başqa məsuliyyətlər var. Bir çox şeydən qorxurdum, amma “Xalq artisti” fəxri adını alandan sonra gücləndirdi. Gələn il teatrlarla bağlı layihələrimiz olacaq. Bu adı alacağımı heç gözləmirdim (gülür). Birdən oldu”.  

Məşhur müğənni sənət yoldaşları tərəfindən fəxri ad almasının birmənalı qarşılanmaması və fəaliyyətinin tənqid olunması ilə bağlı da sərt danışıb:  

“Adlarını belə eşitmədim. Onlar onsuz da qorxurlar. Üzbəüz gələndə məni qucaqlayıb, öpüb “ay mənim canım, ay mənim əzizim, ay mənim ciyərim, ay mənim pomidorum, sərçəm” deyirlər. Mən bütün bunlara normal baxdım, çünki fəxri ad alacağımı gözləmirdim. Mən buna Allahın bəxş elədiyi ən gözəl hədiyyə kimi baxıram. Elə buna görə də çox xoşbəxtəm. Bəlkə də onlar gözlədiklərinə görə, bu kimi şeylər baş vermir”.  

2017-ci ildə ilk dəfə “Altın Kelebek” mükafatına layiq görülən Röya ikinci dəfə adının namizədlər arasında olmasından da bəhs edib:  

“Birinci ildən demişdim ki, “Altın Kelebek” mükafatlandırmasında hər il Azərbaycan da olacaq. Nə zaman mənə təklif gəlsə, heç zaman “yox” deməyəcəm. Kimdə getsə, zaman olsa, onunla birgə gedərəm. Kim də udsa, fəxrlə gedib ona “Altın Kelebey”i təqdim edərəm. Bizim yerli ulduz namizədlər arasında mənim də sevdiklərim var. Müğənni Sevda Yahyayevanı dəstəkləyirəm. Aktrisa Oksana Rəsulova öz üzərində işləyən xanımdır. Aktrisa Pərvin Abıyevanı xətrini çox istəyirəm. Hamısı mənim üçün əzizdir. Kişi namizədlərə gəldikdə isə Murad Arifi çox dəstəkləyirəm, mənim bəstəkarım...  

Redaksiyamızın əməkdaşının “Kişi namizədlər arasında müğənnilər Xəyyam Nisanov, Azad Şabanov və Elçin Cəfərov da var” deməsindən sonra təəccübünü gizlədə bilməyən xalq artisti “Onların namizədlər arasında olmasından xəbərim yox idi. Hamısı özümüzünkülərdi. Kaş elə bir tarixdə “Altın Kelebek” keçirilərdi ki, mən də gedib orada iştirak edə biləydim. Orada həmrəylik göstərmək istəyirəm ki, ancaq mükafat alacaqsan deyə oraya getməməlisən. Biri mükafat alanda onun yanında olub, aradabir dəstək də olmalısan. Yaxşı pul qazansam, hamınıza (jurnalistlərə - red.) bilet alaram, gedərsiz bizimlə (gülür). 

Röya aylar öncə anons etdiyi “Crystall Hall”da konsert verəcəm” vədinə əməl etməməsini büdcəsində o qədər vəsait olmamasına bağlayıb:  

“Crystall Hall”un arenasında konsert verməyi çox istəyirəm. Orada istədiyim konserti etmək üçün isə küllü miqdarda vəsait lazımdır. Hazırda mən özüm və oğlum üçün evimizlə məşğulam. Neçə ildir ki, bir evi təmir edib bitirə bilmirəm. Yəni altı ay işləyirik, bir də görürsən 6 ay iş olmur. Bir az dayanır, bir az gedir. Həm də mənim böyük ailəm var”.  

Sənətçi daha sonra qazandığı pulları qardaşı İsmayıl Nəcəfovun Türkiyədə müğənnilik karyerasına xərclədiyini dilə gətirdi : “İndi qardaşım İsmayıl Nəcəfova məhərrəmlik ayında, işin olmayan vaxtında bir layihə etdim. Onun dünyası tam başqadır. O, Türkiyə vətəndaşıdır. Bura isə vətəninə xidmət etmək üçün gəlmişdi. Əgər məni seçərsə, duet ifa edərəm onunla. Kişi xeylağına dəstək lazımdı. Çünki öz oğlum var və bunu gözəl anlayıram. Oğlun varsa, onu oxutduracaqsan, onun işini düşünəcəksən. Amma qadın çox güclüdür. Qadın öz yolunu seçib, bir yana çıxa bilir. Çünki o bir ana, bacıdır. Mən özüm sürünə-sürünə hamıya ağız açıb, xaiş edirdim ki, məni özləri ilə toylara aparsınlar. Amma qardaşımın mənim kimi bacısı var. Mən də onunla danışıb demişəm ki, iki il sənə şirkət kimi pul buraxacam. İki ildən sonra sənə sərf edilənləri (pulları - red.) geri qaytaracaqsan. O da nə olacaq, anam mənə zəng vurub heç nə istəməyəcək. Mənim anam mənə zəng vurmayacaq. Onun sevinc göz yaşlarına şahid olacam. Çünki sizi (qardaşları - red.) dünyaya gətirib. Bütün anaların da gözü, şahı oğulları olur. Bizi qoyur kənara “oğlum, oğlum” deyə-dəyə gəzir. Bu oğlun, bu da sən. Mən oğlunu qaldırıram, o da işləsin sənə baxsın. 30 il mən sənə baxdım, indi də o işləsin sənə baxsın. İndi mənim üçün ən önəmli olan İsmayıldır. Çünki bütün komanda, tanış olduğum bütün dostlarım hamısı hazırda onun üçün çalışır”.  

Millət vəkili Qüdrət Həsənquliyev noyabırın 14-də keçirilən Milli Məclisin plenar iclasında “Müğənnilərin 10-15 min manata toylara gedib, 30 manat vergi ödəyirlər” açıqlamasına Röyadan sərt reaksiya gəlib: 

“Bizim vergimiz 30 manat deyil. Reklamlara çəkilirik. Aldığımız qonorarlar köçürmə yolu ilə banklarla həyata keçdiyi üçün hamı bilir, nə qədər qazanırıq, vergi də elə ödənilir. Qaldı ki, onların arasında düşünmədən söz deyən bizim hörmətli millət vəkillərimizə demək istəyirəm ki, əgər mən bir gündə dörd dəfə toya gedirəmsə, iki toydan aldığım qonorar işimə (makiyaj, saç, geyim, yanında çalışan köməkçilər - red.) xərclənilir. Onlar özləri də bunu çox gözəl başa düşürlər. Qalanı isə nə deyirlərsə, biz vergimizi ödəyirik. Əgər bir problem varsa, onu aşkarlasınlar, az veririksə, çox ödəyək”.  

Redaksiyamızın əməkdaşının “iqtisadçı, ekspert Zahid Məmmədovun söylədiyi Türkiyədə vergi ödəməyən məşhurların avtomobilləri və evləri əlindən alınır. Bu qanunu Azərbaycanda da tədbiq etmək gərəkdir” fikirlərinə Xalq artisti gülərək bu cür şərh verib:  

“Mən belə şeylərə inanmıram. Biz elə bil dövlətdə yaşayırıq ki, hər şeydən başımız çıxır, hər şeydən də xəbərimiz var”.  

Röya müsahibəsində növbədənkənar parlament seçkiləri ərəfəsində Xalq artisti Afaq Bəşirqızının millət vəkili olması ilə bağlı sosial şəbəkələrdə başlanılan aksiyaya dəstək çıxıb:  

“Afaq Bəşirqızını sevirəm. Çox istəyərdim ki, millət vəkilimiz olsun. Faiq Ağayev də, Elza Seyidcahan da, bir sözlə kim istəyirsə, deputat olsun. Mənim isə deputat olmaq niyyətim yoxdur, yerimdən məmnunam. Bütün deputatlara da hörmətim var”.  

Tamaşaçılara ard-arda kliplər təqdim edən Xalq artisti bu məsələni fotoqrafların işinə olan sevgisi ilə əlaqələndirib:  

“Bu aralar fotoqrafların işlərini çox sevmişəm. Məhz bu səbəbdən ard-arda kliplər çəkdirdim. Amma deyirdim ki, burada klip çəkdirmərəm. Rejissorlar inciməsin, fotoqrafların “gözünü” (tutduqları uğurlu kadr – red.) çox sevirəm. Xaricdə də klipimi lentə alanlar fotoqraflar idi. Bakıda da bizim fotoqraflar çox inkişaf edib. Buna görə isə çox sevinirəm”.  

Sənətçi həmkarı, Xalq artisti Baloğlan Əşrəfovun repertuarına müraciət etməsindən də danışıb:  

“Baloğlan bəyi çox sevirəm. Bizim valideyinlərimiz Baloğlan Əşrəfovun, Niyaməddin Musayevin pərəştişkarları olublar. Elə məhz buna görə anam mənim adımı Röya qoyub (Niyaməddin Musayevin Röya mahnısı). Anam mənə irad tutaraq deyir ki, “Sən heç vaxt demə ki, konsert edib, stadion doldurmusan. Baloğlan Əşrəfov stadionlar dolduranda siz harda idiniz?!” O zamanlar onların vaxtı idi və sevə-sevə onların konsertlərinə gediblər. Baloğlan bəyin repertuarında yer alan “Ay uçan quşlar” mahnısını tamam yeni oranjimanda oxumuşam. Bu mahnını da 2020-ci ildə təqdim edəcəm. Siz bilsəz ki evdə nə qədər mahnı var...”  

Sənətçi Türkiyə şou-biznesində işlərinin dondurması xəbərinə isə bu cür aydınlıq gətirib:  

“Türkiyə şou-biznesinə qatılmağımı təxirə salmamışam. Çünki Türkiyədə işlər görsəm də, cavabı mənə vətənim Azərbaycan qaytarır. Çünki mən Azərbaycanın sənətçisiyəm. Öz ölkəmdə mən daha çox bahalaşıram. Mən sizin üçün bunu edirəm. Türkiyənin şou-biznesi Azərbaycandan xəbəri var. Mən oranın mediasına özümü yetərincə tanıtdıra bildim”. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri