Dek
2019
20:58
61
261
11095
Virtual karabakh

Oksana Rəsulova: 100 minlik “Sevgi romanı”nda açıq-saçıqlıq yoxdur, amma ehtiraslı səhnələr var

2 Dek, 2019
20:58
11095

Oksana Rəsulova: 100 minlik “Sevgi romanı”nda açıq-saçıqlıq yoxdur, amma ehtiraslı səhnələr var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət öncə hind rəqslərinin mahir ifaçısı, aktrisa Oksana Rəsulovanın çəkildiyi “Sevgi romanı” filminin tanıtım çarxı ilə yanaşı, qalmaqallı posteri sosial mediaya yayılaraq müzakirə predmetinə çevrildi.

“Poster”də əks olunan Oksana ilə tərəf müqabili aktyor Şəhriyar Əbilov tənqid atəşinə tutulub.

Qalmaqallı məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Oskana Rəsulovanın münasibətini öyrənməyə çalışıb.

Tədbirlərin birinə dəvət alan aktrisa ehtiraslı paylaşımla bağlı məsələyə aydınlıq gətirib:

“Paylaşılan foto filmin posteri deyil. Həmin kadr mənim tərəf müqabilim aktyor Şəhriyar Əbilovla oynadığımız tanqo rəqsindəndir. Rəqsimizin sonunda onunla üz-üzə dayanıb belə bir ehtiraslı poza vermişik. Yazdılar ki, mən Şəhriyarla öpüşmüşəm. Həmin fotoya diqqətlə baxsalar, orada öpüşün olmadığını görərlər. O rəqs necə olacaq və o rəqsdən sonra nələr olacaq? – bunu filmimiz çıxanda biləcəksiniz. Açıq-saçıq səhnə yoxdur, amma ehtiraslı səhnələr var. Açıq-saçıq səhnələrdən mən ümumiyyətlə uzağam. Sevgiyə aid hansı səhnə istəyirsinizsə, bu filmdə yer alıb”.

Oksana tezliklə premyerası olacaq filminə izləyicilər tərəfindən gələcək irad və tənqidlərə hazır olduğunu bildirib:

“Hər hansı film çıxdıqda, açıq-saçıq səhnə tamaşaçılar tərəfindən tənqid olunur. Bu normaldır və olmalıdır”. 

“Mələyin öpüşü”nü hind filmlərinin “remake”i (red:təkrar) adlandırdılar. “Sevgi romanı”nı da bu aqibət gözləyir?” sualına cazibədar aktrisa bu cür reaksiya verdi:

“Hər zaman insanlar nəyisə nəyəsə bənzədirlər. Amma “Sevgi romanı” filmi türksayağı romantik bir melodramdır. Film həvəskarları ekran əsərini izlədikdə həyatda tez-tez rast gəldikləri sevgi, xəyanət, satqınlıq kimi məqamların şahidi olacaqlar. Dekabrın 12-dən etibarən tamaşaçıların intizarına son qoyulacaq. Çünki bu tarixdə “Sevgi romanı”nın premyerası keçiriləcək”.

Filmin büdcəsinə gəldikdə isə Oksana qəti fikir söyləmədi:

“Hesab edirəm ki, çəkdiyimiz film bizə həm uğur gətirəcək, həm də pul qazandıracaq. Sadəcə onu deyə bilərəm ki, filmə 100 mindən çox  pul xərcləmişəm”.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri