Dek
2019
00:23
55
173
14245
Virtual karabakh

Məşhur müğənnidən ehtiraslı FOTOSESSİYA

Rusiyanın məşhur pop müğənnisi Rita Dakota pərəstişkarlarını seksual və ehtiraslı fotosessiyası ilə heyrətləndirib.

Oxu.Az xəbər verir ki, 29 yaşlı müğənni fotosessiya üçün tamamilə soyunub. Onun kamera önündə verdiyi seksual pozalar qarşı cinsin nümayəndələrinin ağlını başından edib. Gözəl və fit bədən quruluşuna sahib olan Rita fotoları ilə göz qamaşdırıb.

“Mənim bədənimdə belə bir cızıq xətt var. Təbiətimdən, cinsəlliyimdən və özümdən utanmıram. Qadın olmaq gözəldir. Saşa Burimovanın obyektivində çılpaq qadın olmaq bir sənətdir” - deyə Rita Dakota bildirib.

Qeyd edək ki, Belorusiyanın Minks şəhərində doğulub, boya başa çatan Rita Dakota professional musiqi fəaliyyətinə 2007-ci ildən başlayıb. 17 yaşlı qız Minskdən “Ulduz fabriki”nin növbəti mövsümünün Moskva kastinqinə qatılıb. Belarusiyalı Rita ümumiyyətlə müsabiqənin iştirakçılarından biri olmaq arzusunda deyildi, amma sonda layihəyə daxil olaraq, hətta finalçısı oldu.

Daha sonra karyerasında böyük uğurlara imza atan Rita iyunun 3-ü 2015-ci ildə həmkarı müğənni Vlad Sokolovski ilə ailə həyatı qurub. 2017-ci ilin aprel ayında cütlüyün dostları Ritanın hamilə olduğunu söylədilər. 23 oktyabr 2017-ci ildə Rita Dakota və Vlad Sokolovski valideyn oldular. Rita, Moskva doğum xəstəxanasında Mia adlı bir qız dünyaya gətirdi.

2018-ci ilin avqust ayında cütlüyün ayrılması xəbəri fanatları şoka saldı. Rita Dakota şəxsi “İnstagram” hesabında Vladdan toydan son günlərə qədər etdiyi çoxsaylı xəyanətlərə görə boşandığını yazdı. Rita çox sayda qarşılıqlı dost və qohumlarının ərinin xəyanətləri barədə bildikləri ilə bağlı narazılığını bildirib. Eyni zamanda, Sokolovskinin atası da daxil olmaqla bir çoxu Vladın xəyanətlərini ört-basdır ediblər.

Hazırda cütlük artıq boşanıb. Boşanma prosedurunu çətin ki, sadə adlandırmaq olar, çünki əmlak bölgüsündə Vlad hər şeyi həyat yoldaşına və qızına könüllü olaraq verməkdən imtina edib. Nəticədə, keçmiş ər-arvadın yeni əldə etdiyi mənzil Mianın adına köçürülüb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri