Dek
2019
09:12
103
29
4514
Virtual karabakh

Hadisə intihara cəhd edən anası ilə barışdı - FOTO

3 Dek, 2019
09:12
4514

Hadisə intihara cəhd edən anası ilə barışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur müğənnisi Hadisə anası ilə barışıb.

Oxu.Az xəbər verir ki, uzun müddətdir ailəsi ilə problem yaşayan Hadisə aylar sonra “Instagram” səhifəsində küsülü olduğu anası Gülnihal Açıkgöz ilə çəkdirdiyi şəkli paylaşıb.

Hadisə münsif olduğu “O Səs Türkiyə” yarışmasında ilk dəfə ailəsi ilə problemlərin olduğunu açıqlamışdı. O, bacıları və anası ilə uzun müddətdir danışmırdı.

Qeyd edək ki, Hadisənin anası Gülnihal Açıkgözün intihara cəhd etməsindən sonra bacıları ilə münasibətləri korlanıb.

Kliplərində və konsertlərində bacısı Hülya Açıkgöz ilə birgə işləyən Hadisə bacısının onun icazəsi olmadan haqsız qazanc əldə etdiyini açıqlamışdı.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri