Dek
2019
17:05
21
314
14543
Virtual karabakh

Ərinin qohumuna qoşulub qaçdı: Qarpız alsaydı, getməzdim, sevgilimə manqalda ət bişirəndə aşiq oldum - VİDEO

3 Dek, 2019
17:05
14543

Ərinin qohumuna qoşulub qaçdı: Qarpız alsaydı, getməzdim, sevgilimə manqalda ət bişirəndə aşiq oldum - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə gənc qadının başqa kişiyə qaçma səbəbi hər kəsi şok edib.

Oxu.Az xəbər verir ki, Makbulə Tunçbilek bir kilo ət və qarpız qarşılığında həyat yoldaşının qohumuna qaçıb.

“Esra Erol”un proqramında 15 illik həyat yoldaşını tərk edən gənc qadın uşaqlarını görmək istəmədiyini, sevgilisinin övladlarının anası olduğunu bildirib:

“Övladlarımı görməyə ehtiyac yoxdur. Sevgilim Bayramın iki övladı var. Mən onların anasıyam. Onları çox sevirəm. Ona görə də öz uşaqlarımı görmək istəmirəm. 13 il öncə həyat yoldaşım mənə qarpız alsaydı, evdən qaçmazdım. Sevgilim Bayram mənə manqalda ət bişirərkən ona aşiq oldum”.

Proqramdan sonra açıqlamaları ilə gündəm yaradan Makbulə Tunçbilek və həyat yoldaşı Mehmedin boşanma prosesi baş tutub.

Məhkəmənin qərarı ilə gənc qadın həyat yoldaşına mənəvi və maddi təzminat kimi 1000 lirə (296 manat), uşaqlarına görə isə hər ay 100 lirə (30 manat) aliment ödəyəcək.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri