Dek
2019
12:41
324
16
5251
Virtual karabakh

Türkiyəli müğənni xərçəngdən əziyyət çəkən azərbaycanlı üçün konsert verəcək

4 Dek, 2019
12:41
5251

Türkiyəli müğənni xərçəngdən əziyyət çəkən azərbaycanlı üçün konsert verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli müğənni Haluk Levent Azərbaycan tərəfinin Bakıda xeyriyyə konserti vermək təklifinə cavab verib.

Oxu.Az xəbər verir ki, rok ifaçısı verəcəyi konsertdən toplanan vəsaiti “leykemiya” xəstəsi olan bir qızın müalicəsinə ayıracaq.

Haluk şəxsi “Twitter” hesabında bununla bağlı məlumat paylaşıb.

“Bir neçə gün öncə Azərbaycandan bir təklif aldım, tərəddüd etmədən qəbul etdim. Azərbaycan zəngimə cavab verdi və Surə Nadirovanın sağalması üçün bütün səylər göstərdi. Komandamız Bakıya dəvət olundu. “Nargis Fondu”nun dəstəyi ilə dekabrın 7-də “Elektra Events Hall”da konsert verəcəyəm. Bütün Azərbaycan xalqını gözləyirəm. Surə xilas olacaq”, - deyə Haluk qeyd edib.

Xatırladaq ki, daha əvvəl Levent 22 yaşlı Surə Nadirovanın müalicəsi üçün 400 min türk lirəsi (116.500 manat) tələb etdiyini və qan xərçəngi xəstəliyindən əziyyət çəkən bir qızın müalicəsi üçün xeyriyyə konserti verməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Haluk Levent 1990-cı illərdə çoxdan unudulmuş Anadolu rok janrının canlanmasına kömək edib. Hazırda məşhur rok ifaçısı müxtəlif ölkələrdə qastrol səfərləri ilə çıxış edir.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri