Dek
2019
14:24
96
109
5632
Virtual karabakh

Rusiya telekanalında azərbaycanlı aktyorun iştirakı ilə serial yayıma başladı - VİDEO

4 Dek, 2019
14:24
5632

Rusiya telekanalında azərbaycanlı aktyorun iştirakı ilə serial yayıma başladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənc və istedadlı aktyor Anar Xəlilov məşhur rusiyalı həmkarları ilə birlikdə seriala çəkilib.

Oxu.Az xəbər verir ki, dekabrın 1-dən Rusiyanın telekanallarının birində azərbaycanlı aktyor Anar Xəlilovun iştirakı ilə “Məxməri mövsüm” serialının premyerası olub.

Serialda insanların real həyatda qarşılaşdığı sevgi, münasibətlər və acı xəyanətdən bəhs edilir. Anar sözügedən ekran əsərində əsas qəhrəmanlardan birini canlandırıb.

Ekran əsərinin rejissoru Leonid Plyaskindir. Baş rollarda Rusiyanın məşhur aktyorları Olqa Spirkina, Sergey Aktasov, Janna Epple, Valeri Novikov, Stanislav Bondarenko, Sergey Tessler,  və Anar Xəlilov çəkilib.

Anar Xəlilov “Şukin Teatr İnstitutu”nun məzunu, Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın tələbəsidir. Anar azərbaycanlı rejissor İlqar Safatın “İçəri şəhər” filmində rol alıb. Xəlilov aktyorluqdan savayı model kimi də fəaliyyət göstərir.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri