Dek
2019
12:24
22
397
2722
Virtual karabakh

Oqtay Əliyev: Televiziyalarda heç bir bayağılıq yoxdur

6 Dek, 2019
12:24
2722

Oqtay Əliyev: Televiziyalarda heç bir bayağılıq yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Televiziyalarda heç bir bayağılıq və ya bəsit bir şey yoxdur.

Bunu Oxu.Az-a açıqlamasında “SOY production”un vitse-prezidenti Oqtay Əliyev bayağı, ucuz, bəsit və zövqsüz şoulara üstünlük verilməsi məsələsinə münasibət bildirərkən deyib.

“Bayağılığı başdan-ayağa “Youtube” kanalını işlədənlər, bəzi saytlar və onların “Youtube” səhifəsində olan proqramlar yaradır. Həmin səhifələrdə səviyyəsiz, mənasız və məzmunsuz proqramlar hazırlayırlar. Televiziyada olan proqramlara da kölgə salmaqdan ötrü “şüvən” salmağa başlayırlar.

Mənə televiziyada bayağı hesab edilən bir proqramın adını çəkin. Son vaxtlar televiziyalardakı dəyişikliklər göz qabağındadır. Məsələn, İctimai Televiziyada (İTV) və Azad Azərbaycan (ATV) telekanalındakı dəyişikliklər buraya daxildir.

Eyni zamanda, yeni-yeni prodakşınlar və proqramlar yaranır. Sadəcə, bu gün “Youtube” və bir çox saytlar televiziyaların üstünə “kölgə” salmaqla məşğuldurlar. Onun da bitməsinə bir şey qalmayıb”, - deyə Oqtay Əliyev bildirib.

Televiziyalarda yaradılan bədii şuraların fəaliyyəti ilə bağlı səslənən narazılıqlar barədə açıqlama verən Oqtay Əliyev hər şeyin qaydada olduğunu qeyd edib:

“Bədii şuraların nə işə yarayıb-yaramadığını haradan bilirlər? Bədii şuralar neyləməlidir? Həmçinin, bütün telekanallarda yetərincə təcrübəli aparıcılar işləyir. Hər birinin 20 ilə yaxın iş təcrübəsi var”.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri