Dek
2019
16:26
39
305
8388
Virtual karabakh

Nisə Qasımova 25 ildir təmiri bitməyən villasından danışdı

Uzun zamandır efirlərdən uzaq gəzən Xalq artisti Nisə Qasımova ATV-də yayımlanan “Ulduzlu yayım” şou proqramında villasından bəhs edib.

Oxu.Az xəbər verir ki, sözügedən verilişdə qonaq olan N.Qasımova 1994-cü ildən təmirinə başladığı malikənəsini bu günə kimki təmir etdirdiyini bildirib: 

“Villam Xızı rayonunun Altıağac kəndində yerləşir. Hərdən gedib evimə baş çəkirəm. Malikanəmin divarlarına, daşlarına, pilləkəninə əlimi çəkirəm, gözlərim dolur. Baxıb deyirəm ki, bir zərrə də olsun, sizdə haram yoxdur. Evin nə torpağında, nə onun divar kağızında haram deyilən şey yoxdur. Bu gündən sonra mənim övladlarım o evdə yaşamaq istəsələr, o divarlardan ancaq paklıq, saflıq və halallıq qoxusu gələcək”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri