Dek
2019
21:40
242
129
10887
Virtual karabakh

Elnarə Abdullayeva özünə altı mərtəbəli villa tikdirir?

9 Dek, 2019
21:40
10887

Elnarə Abdullayeva özünə altı mərtəbəli villa tikdirir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xanəndə, Əməkdar artist Elnarə Abdullayeva özünə villa tikdirir.  

Oxu.Az xəbər verir ki, bu barədə “Xəzər TV”də yayımlanan “5-də 5” proqramının aparıcısı Zaur Kamal məlumat verib.  

O, qeyd edib ki, müğənninin yeni villası altı mərtəbəli olacaq. 

Xanəndə isə aparıcının dediklərini təsdiqləyərək həqiqətən də villa tikdirdiyini bildirib:  

“Evim altı mərtəbə deyil. Amma ev tikdirirəm. Hələ ki, təmir işləri gedir. Əlimə pul düşdükcə nələrsə edə bilirəm. Yəqin ki, bu yay bitəcək. İndiki qaldığım evi də hər kəs görüb. Evi olub dövlətdən ev almaq istəyənlər də var. Amma özüm qazanıramsa, evimi ala bilərəm.  

Ümumiyyətlə, kifayət qədər xeyriyyə işləri görmüşəm. Hamı da bunu bilir. Evi də öz gücümə tikdirirəm”.  

Sevinc Yasinqızı 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri