10 
Dek
2019
09:18
10
65
2326
Virtual karabakh

Hollivud ulduzuna pərəstişkarları hücum çəkdi - VİDEO

10 Dek, 2019
09:18
2326

Hollivud ulduzuna pərəstişkarları hücum çəkdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli Hollivud aktyoru Rayan Reynolds təhlükəli anlar yaşayıb.

Oxu.Az xəbər verir ki, aktyor “Azad oğlan” adlı yeni filmini təqdim etmək üçün Braziliyanın San-Paulu şəhərində keçirilən “Comic Con Experience” festivalına qatılıb. 

Hadisələrin düz mərkəzlində olmaqdan qorxmayan aktyor pərəstişkarlarına mümkün qədər yaxınlaşmaq qərarına gəlib.

Rayan səhnədən pərəştişkarların qarşısına tulllanıb. Bu anda isə məşhur ulduz fanat seli ilə üzləşib. Onlar Reynoldsa daha da yaxınlaşmaq üçün onun üstünə hücum çəkiblər. 

Özünü itirən aktyor həmin dəqiqə yenidən səhnəyə qayıdaraq, pərəştişkarlardan canını qurtarıb. Səhnəyə qalxdığı zaman onun xəsarət aldığı lentə alınan görüntülərdən aydın sezilib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri