11 
Dek
2019
17:32
214
108
8915
Virtual karabakh

Əməkdar artist canlı efirdə həmkarlarını yıxıb-sürüdü: Bu, ən böyük şərəfsizlikdir - VİDEO

11 Dek, 2019
17:32
8915

Əməkdar artist canlı efirdə həmkarlarını yıxıb-sürüdü: Bu, ən böyük şərəfsizlikdir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əgər öz evini gizlədib dövlətdən ev almaq fikrindəsənsə, and olsun Allaha, bu ən böyük şərəfsizlikdir!

Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “Xəzər TV”də yayımlanan “5-də 5” axşam şousunda dilə gətirib. Xanəndə bu sözləri evlərini, malikənələrini gizlədib dövlətdən ev istəyən həmkarlarına ünvanlayıb:

“İnsanın vicdanı, qeyrəti olar. Adam dövlətinə, xalqına yük olmaz. Qoy, dövlətimiz şikəstimizin, imkansızımızın, Qarabağ əlilimizin dərdini çəksin. Bunlar onsuz da dövlətimizə bir yükdür. Bu gün mən qazandığım halda dövlətimə yük olmaq istəyirəmsə, Allah mənə qənim olsun!”

Qeyd edək ki, bir müddət öncə Əməkdar artistin verilişlərin birində söylədiyi “Gəlin qayınananın sözünü “yeyə” bilmirsə, çıxıb getsin” sözləri qalmaqala səbəb olmuşdu.  

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri