13 
Dek
2019
09:44
66
4
3542
Virtual karabakh

Hollivudun keçmiş cütlüyünun villası satışa çıxarıldı - FOTO

13 Dek, 2019
09:44
3542

Hollivudun keçmiş cütlüyünun villası satışa çıxarıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud aktyorları, keçmiş cütlük Cennifer Aniston və Bred Pittə məxsus olan Beverli Hillsdəki lüks malikanə satışa çıxarılıb.

Oxu.Az xəbər verir ki, maklerlər dünyaca məşhur aktyorların villasını 44,5 milyon dollar dəyərində qiymətləndiriblər.

Ümumi sahəsi 10 min kvadratmetrdən çox olan ev beş yataq otağı, 13 vanna otağı, açıq hovuz, geniş teras və tennis meydançası ilə təchiz olunmuş ərazidə yerləşir. 

Cennifer Aniston və Bred Pitt evi 2000-ci ildə Malibuda baş tutan toydan dərhal sonra əldə ediblər. Satın alındıqdan sonra cütlük üç il davam edən təmirə başlayıblar.

Evin bar zonasında 200 illik tarixi olan bir Fransa qalasının döşəmələri ilə düzülüb. Təmir başa çatdıqdan sonra malikanə rahat yaşamaq üçün hər şeylə təchiz edilib. Məsələn, geniş idman salonu və kinoteatr salonu inşa edilib.

2005-ci ildə Eniston və Pitt boşandıqlarını elan etdikdən bir il sonra ev investisiya fondunun rəhbərlərindən birinə (adı məlum deyil) satılıb. Villada kiçik təmir-bərpa işləri aparılıb və bəzi detallar əlavə edilib.

Malikanənin özü 1934-cü ildə tikilib. Villanın ilk sakini amerikalı aktyor və “Oskar” mükafatçısı Fredrik Mart olub.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri