13 
Dek
2019
10:38
19
147
5553
Virtual karabakh

2019-cu ilin artisti seçildi - FOTO

13 Dek, 2019
10:38
5553

2019-cu ilin artisti seçildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Time” jurnalı Lizzo təxəllüsü ilə məşhurlaşan 31 yaşlı müğənni Melissa Vivian Ceffersonu “İlin artisti” elan edib.

Oxu.Az bildirir ki, reytinq tərtib edən müəlliflərin sözlərinə görə, Lizzonun lirikası yetərincə həssas və gülməlidir.

Pop ifaçı on ildir ki, musiqi ilə məşğul olur, lakin bu il onun üçün uğurlu olub. Lizzonun mahnıları “GrubHub” və “Walmart” kimi şirkətlərin reklamlarında istifadə edilib. “Qremmi” mükafatı isə ifaçını düz səkkiz nominasiya üzrə adını nominantlar sırasına daxil edib. 

Bu il onun sayca üçüncü “Cuz I Love You” adlı albomu musiqisevərlərin ixtiyarına verilib. Lizzo “Good As Hell”, “Juice” və “Truth Hurts” kimi hitləri ilə özünü geniş auditoriyaya sevdirə bilib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri