13 
Dek
2019
11:31
28
114
2703
Virtual karabakh

“Oğlum 14 yaşından sürücümdür” deyən Mətanət: “Bunu şişirtmək lazım deyil”

Əməkdar artist Mətanət İsgəndərli “Space” radiosunda “Yanar saat” proqramında qonaq olarkən söylədiyi “Bir gün sürücüyə əsəbiləşib oğluma dedim ki, Kərim, gəl, otur sükan arxasına. Həyəcanlandı ki, mənim boyum çatmır. Dedim, sürəcəksən, otur maşına”.

“Kərim 14 yaşından mənim sürücümdür” sözləri cəmiyyətdə xoş qarşılanmayıb. İsgəndərlinin etirafı onu dilə-dişə salıb. 

Tədbirlərin birinə qatılan Əməkdar artist Oxu.Az-ın əməkdaşı ilə söhbətində qalmaqallı məsələyə bu cür aydınlıq gətirib:

“Oğlumun 14 yaşını təxmini demişəm. Balaca idi, dəqiq yadımda deyil, ya 14, ya da16 yaşı olardı. Ən yaralı yerim avtomobil idarə etməkdir. Bir vaxtlar sürməyi öyrənsəm də, daha sonra vaz keçdim.

Sürücülərdən hər zaman dad eləmişəm. Oğlumun avtomobil sürməyə çox həvəsli olduğunu bilirdim. Dedim ki, Kərim, otur, sən sürəcəksən maşını. Yazıq uşaq oturdu sükan arxasına, balaca idi, boyu da görünmürdü (gülür). Gedəcəyimiz toy da yaxında idi. Qorxa-qorxa məni məkana çatdırdı. 

Bu məsələ çox müzakirə olundu. Mən özüm 14 yaşımdan (o vaxt “maloletka” deyirdilər)  işləməyə başlamışam. Anam isə eyni yaşda ailə həyatı qurub. Makedoniyalı İskəndər də 14 yaşında bütün dünyanı ələ keçirmişdi. 14 yaş az yaş deyil. Bu kimi məsələləri şişirdib, tənqid etməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, Azərbaycanda 18 yaşı tamam olmayan şəxsin avtomobil idarə etməsi qanunla yasaqdır.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri