15 
Dek
2019
22:10
29
144
10087
Virtual karabakh

Xərçəngə tutulan məşhur dizayner od püskürdü - VİDEO

15 Dek, 2019
22:10
10087

Xərçəngə tutulan məşhur dizayner od püskürdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur dizayner və modelyeri Nur Yerlitaş moda evinin bağlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, Nur Yerlitaş “YouTube”da yayımlanan “Maqazin Noteleri” verilişinin qonağı olub. Moda evinin bağlanması iddiaları qarşısında əsəbiləşən Yerlitaş bildirib: 

“Bu xəbər gerçək deyil. Moda evimi bağlasaydım, bunu mətbuata özüm açıqlayardım. Bu şayiələri haradan uydurduqlarını bilmirəm. Yanımda 10 nəfər işçi çalışır və hamısı işinin başındadır. Onların başının üstündə isə mənəm”.

Xatırladaq ki, Nur Yerlitaş Türkiyənin ən məşhur sənətçiləri Bülent Ersoy, Ajda Pekkan, Seda Sayan, Tarkan və bir sıra digər müğənnilər üçün geyimlər tikib və tikməkdə davam edir. Qeyd edək ki, Nur Yerlitaş, iki dəfə beyin xərçəngindən əməliyyat olunub. Ona görə də bundan sonra ailəsi və sevdikləri ilə zaman keçirmək istədiyini, istirahət edəcəyini açıqlayıb. Riskli əməliyyatlar keçirən modelyer dualar sayəsində həyatda qaldığını bildirib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri