15 
Dek
2019
23:52
52
130
10083
Virtual karabakh

Realiti-şounun ulduzuna 20 milyonluq ev hədiyyə edildi - FOTO

15 Dek, 2019
23:52
10083

Realiti-şounun ulduzuna 20 milyonluq ev hədiyyə edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın qalmaqallı realiti şousu “Dom-2” proqramının ulduzu Marqot Ovsyannikovaya 20 milyon rubl (318 min ABŞ dolları) dəyərində hazır təmirli bir mənzil hədiyyə edilib.

“Starhit” nəşri “Fili Grad” elit yaşayış kompleksindəki daşınmaz əmlakın Marqotun sevgilisi Vitali adlı iş adamı tərəfindən hədiyyə edildiyini yazıb. Ovsyannikovanın yaydan bəri tanış olduğu Vitali, Kiprdə birgə tətil edərkən ona ev hədiyyə edəcəyini bildirib.

“Vitalidən bunu gözləyirdim, çünki, o, hədiyyə mövzusunda heç vaxt xəsis olmayıb. Onun şərəfinə bir mahnı da yazdım və Vitali videonun hazırlanmasına kömək etdi. Düşünürəm ki, nəhayət şahzadəmi tapmışam,” - deyə, Marqot bildirib.

Bu, iş adamının Ovsyannikovaya etdiyi ilk bahalı hədiyyəsi deyil. Bundan öncə o, 50 min dollara “Marqot” brilyant zərgərlik nümunəsi və 130 min dollara lüks “Mersedes” markalı avtomobil hədiyyə edib.

Cütlüyün yaxın ətrafı yaxın ərəfələrdə toy olacağını bildiriblər. Hazırda Vitali sevgilisinə müğənni kimi karyera qurmaqda fəal kömək edir.

Qeyd edək ki, 2019-cu ilin oktyabrında Marqot Ovsyannikova Moskvada keçirilən mötəbər ziyafətlərin birində döyülüb. Məclisdə iştirak edən qadınlardan biri səhnəyə çıxaraq Ovsyannikovanın üstünə hücum çəkib. Öncə əlləri, daha sonra isə ayaqları ilə onu o ki var döyüb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri