16 
Dek
2019
10:45
95
29
4963
Virtual karabakh

Lalədən Elçinə sərt sözlər: Qadınla kəllə-kəlləyə gəlib, qorxacaqsansa, bunu bir kişiyə yaraşdırmıram

16 Dek, 2019
10:45
4963

Lalədən Elçinə sərt sözlər: Qadınla kəllə-kəlləyə gəlib, qorxacaqsansa, bunu bir kişiyə yaraşdırmıram

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu söhbət Molla Nəsrəddinin “Yorğan” məsələsinə oxşadı (gülür). O söhbətə mənim nə aidiyyətim var idi, anlamadım. O danışanın (teleaparıcı Elçin Əlibəyli - red.) heç telefon nömrəsi də yoxdur. Baxıb anladım ki, mənim burada heç bir işim yoxdur. Mənim adımı çəkmək onun üçün sərfəlidir.

Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova “Söhbətsiz” proqramında bildirib.

Sənətçi, teleaparıcı Elçin Əlibəylinin onun ünvanına səsləndirdiyi bir çox ittihamlara cavab verib. Əməkdar artist sözləri ilə teleaparıcını qəzəbləndirəcək açıqlamalar verib:

“Instagram” səhifəmdə ad yazaraq, şəklini də paylaşmışdım. Dediyim hər bir cümləmin arxasındayam. Birdən-birə mənim cavabımı vermək eşqinə düşürlər, bunu isə ad çəkmədən, qorxaqcasına edirlər. Haqqımda söylənilənlər qeyri-realdır.

Əgər mənim elmi fəaliyyətim kölgə və şübhə altındadırsa, Elmlər Akademiyasında hər şey dəqiqliklə qeyd olunur, araşdıra bilərlər. Qaldı ki ailəmin dağılmasına, heç kim bu hadisədən sığortalı deyil. Onu deyən insanın ailəsi də dağılıb.

Bu söz-söhbətlərin içində anlayıram ki, mən təkəm. Amma buna rəğmən, özümü gücsüz hesab etmirəm. Sadəcə, qarşımdakı bu sözü deyən insanın əks cinsin nümayəndəsi olduğunu biləndə başımı yellədim. Qadınla kəllə-kəlləyə gəlib qorxacaqdınsa, bu sözləri niyə deyirdin?

Kişiyə yaraşan sözlər deyil. O insanın da şəxsi həyatı, elmi nailiyyəti var. Mən ona cavab verməyi özümə rəva bilmədim. Əgər mən, həqiqətən də, kiminsə “kopyası” idimsə, o zaman niyə məni öz toyuna dəvət etmişdin?”

Qeyd edək ki, “Youtube”da yayımlanan “Popumuz var!” proqramında qonaq olan teleaparıcı Elçin Əlibəyli ad çəkmədən, hamının açıqlamalarından sonra Əməkdar artist Lalə Məmmədovanın ünvanına xoş olmayan sözlər deyib:

“Biri var, həm müğənnidir, həm alim. İnsan hər gün toydadır, mahnı yazdırır, klip çəkdirir, uşaq böyüdür, boşanmağa da vaxt tapır, üstəlik, elmi məqalalələr də yazıb elmlər namizədliyini müdafiə edib. Bütün bunları necə çatdırıb, bilmirəm. Saxta müğənni olduğu kimi, saxta alimdir və saxta da fikirlər söyləyir. 

Ümumiyyətlə, bütün yaradıcılığı “kserokopiya”dan ibarətdir. Azərbaycanın çox məşhur müğənnisinin, böyük sənətkarının oxşarıdır. O oxuyanda hamıya elə gəlir ki, başqası oxuyur”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri